Yevlaxda seçki təbliğatı uğurla davam edir
19.09.2013 [10:15]
Hər bir Azərbaycan vətəndaşı kimi yevlaxlılar da seçkilərdə öz namizədləri İlham Əliyevə səs verəcəklər
Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək və artıq namizədlərin təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib. Beləliklə, cənab İlham Əliyevin Yevlax rayonu üzrə Seçki Qərargahının üzvləri dünən rayonun Nərmanabad və Nemətabad kəndlərində seçicilərlə növbəti görüşlərini keçiriblər.
Görüşləri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışıb. Millət vəkili vurğulayıb ki, cənab İlham Əliyev ötən 10 ildə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevirib. Regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə, inkişaf etdirilib. Bu gün rayonlarla Bakı şəhəri arasındakı fərq aradan götürülüb. Onların yolları, küçələri, tikililəri Bakı şəhərindəkindən geridə qalmır.
Seçicilər qarşısında çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Səttar Mehbalıyev ən ağrılı problemimiz olan Dağlıq Qarabağ məsələsinə toxunub, qaçqın və məcburi köçkünlərimizə göstərilən dövlət qayğısı, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi təşkil edir. Bəzi imperialist güclərin geostrateji planları və bu planların fonunda Ermənistanın təcavüzkar siyasətinin nəticəsində ortaya çıxan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi üçün ölkəmiz bütün resurslarından səmərəli surətdə istifadə etməkdədir”.
Millət vəkili çıxışını “Mən sizləri 9 oktyabrda seçkilərdə iştirak etməyə və YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram” sözləri ilə tamamlayıb.
Çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova “dünyanın heç bir ölkəsində millətini, xalqını bu qədər sevən, ona arxa çıxan bir rəhbər ola bilməz. Bu xoşbətlik yalnız bizə məxsusdur. Biz cənab İlham Əliyevə arxalanırıq və yalnız Ona güvənirik. Hər bir Azərbaycan vətəndaşı kimi yevlaxlılar da öz namizədləri Əliyev İlham Heydər oğluna səs verəcəklər” deyib.
Çıxış edən kənd sakinləri Pənah Süleymanov, Qətibə Cabbarova və başqaları dövlət başçısının ölkə üçün, həmçinin, Yevlax şəhəri üçün gördüyü işləri çox yüksək qiymətləndirərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17

