Gələcəyə çağırış
26.07.2025 [15:46]
İyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu dünya mətbuatında geniş şərh edilir. Prezident İlham Əliyevin bu platformadan səsləndirdiyi çağırışların hər biri geniş müzakirə edilir, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyi təqdir olunur. Qeyd edək ki, Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyini və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi.
Qlobal Media Forumu Azərbaycanın malik olduğu imkanların təqdimatında öz sözünü dedi. Belə ki, nəzərə alsaq, hər bir ölkənin inkişafında sabitlik və iqtisadi tərəqqi başlıca amildir, Azərbaycanın bu sahələrdə malik olduğu imkanlar, mövcud durum göz qabağındadır. Azərbaycan sabitlik diyarı kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırarkən Azərbaycanın dayanıqlı iqtisadi inkişafını təmin edən amillərdən geniş bəhs etdi. Son 20 ildə Azərbaycana yatırılmış yalnız xarici sərmayələrin məbləği 200 milyard ABŞ dollarına bərabər olub. Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir.
Süni intellektin inkişafına gəlincə, ölkə Prezidenti qeyd etdi ki, biz bunu yeni başlamışıq. Onun nə dərəcədə uğurlu olacağını görəcəyik. Lakin aydındır ki, biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik. Buna görə, qərarlarım yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var və onların əksəriyyəti ilə sərmayədar kimi işləyirik. Vəsaitlərimizi iri beynəlxalq qruplar vasitəsilə sərmayə kimi yatırırıq. Eyni zamanda, enerji sektoruna xarici sərmayələrin cəlb edilməsində yaxşı təcrübəmiz var: “Biz ön cərgədə olmalıyıq. Bir daha nə dərəcədə uğurlu olacağımızı söyləmək çətindir. Süni intellektlə bağlı nə baş verəcəyini söyləmək mənim üçün çətindir. Çünki bilirsiniz, müxtəlif cəmiyyətlərin fərqli təbəqələrində buna güclü və artan müqavimət var. Bu proses hələ yeni başlayıb, görərik. Mənim üçün indi “nəyə nail olacağıq, nəyə yox” söyləmək düzgün olmazdı. Biz yalnız müəyyən nailiyyətlərimiz olduqda bildiririk. Ümid edirik, gələn il Şuşa Forumuna gəlsəniz biz sizinlə müəyyən məsələləri bölüşəcəyik”.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, xüsusilə yaşıl enerji gündəliyindən də danışdı. Qeyd etdi ki, 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər.
Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı. Lakin faydalı qazıntıları diqqətdən kənarda qoya bilmərik. Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya, iqtisadiyyat işləyə, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik.
Ölkəmiz “Yaşıl Keçid Proqramı”nı uğurla həyata keçirir. Lakin, inkaredilməzdir ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Azərbaycan öz rolunu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördü. Bunun öhdəsindən gələ bildi.
Azərbaycan daim yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyasının bu gün daha da genişlənməsi Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Şuşa Qlobal Media Forumu Azərbaycanın hər bir sahədə mövcud imkanları, təcrübəsi barədə tədbir iştirakçılarını məlumatlandırdı.
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32

