İlham Əliyev Azərbaycanın gələcək inkişafının təminatçısıdır
19.09.2013 [10:12]
Qazax rayonunda seçicilərlə görüşlər davam etdirilir
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü davam etdirir. Sentyabrın 18-də kampaniya çərçivəsində rayonun Sosial-İqtisadi kollecinin kollektivi, həmçinin, digər idarə və müəssisələrin işçiləri ilə görüşlər keçirilib.
Görüşdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov seçicilərə partiyamızın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, rayonda görülən quruculuq işlərindən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 10 il ərzində bütün sahələrdə uğurlar əldə edib: “Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır”.
Çıxış edən təşviqat qrupunun üzvü, professor Fərhad Mustafayev bildirib ki, Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib.
Tədbirdə çıxış edən Səfurə Rəhimova deyib ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında yüksək sürətlə və hərtərəfli inkişaf edir. Bu inkişafın davamı üçün xalqımız oktyabrın 9-da seçki məntəqələrinə getməli və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməlidir.
Görüşdə çıxış edən Afaq Qasımova, şair Barat Vüsal bildiriblər ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan xalqı ən ağır problemlərin öhdəsindən gəlib, yeniliklərə imza atıb.
Daha sonra seçicilərlə görüş rayonun Dəmirçilər kəndində davam etdirilib. Çıxış edən İsgəndər Qurbanov, Abbas Göyüşov, Vasif Qurbanov bildiriblər ki, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib.
Görüşdə çıxış edən kənd sakinləri deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Qazaxlılar da rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon seçiciləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

