Azərbaycan qlobal problemlərin həllində söz sahibidir
25.07.2025 [15:23]
Ölkə Prezidenti cənab İlham Əliyev iyulun 19-da Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda öz işinə başlayan III Şuşa Qlobal Media Forumunda çıxışına bu sözlərlə başladı: “Mən bütün qonaqlarımızı Qarabağda salamlamaq istəyirəm. Çox sağ olun ki, bizimləsiniz. Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib”.
2023-cü ildə Türk dünyasının Mədəniyyət Paytaxtı - Şuşada 50-dən çox ölkədən gələn jurnalistlərin iştirakı ilə I Qlobal Media Forumu start götürdü. Forum erməni işğalından, tapdağından azad olunan Şuşada həyata keçirilən ilk böyük beynəlxalq forum kimi tarixə yazıldı, Azərbaycan həqiqətləri beynəlxalq jurnalistlərə birbaşa yerində çatdırıldı. Füzuliyə, Şuşaya gələn Forum iştirakçıları ermənilərin xarabalığa çevirdikləri ərazilərdə Azərbaycanın iqtisadi qüdrəti sayəsində qısa vaxtda yaratdılan möcüzələri görüb heyran qaldılar.
2024-cü ildə II Qlobal Media Forumunda daha çox xarici nümayəndələr iştirak etdi. Onlar dünyada dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, sosial media nizamlaması, media savadlılığı və süni intellektin rolu mövzularını müzakirə etdilər.
Bu il 52 ölkədən 140 xarici qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80 media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələrinin iştirak ilə III Şuşa Qlobal Media Forumu Xankəndidə başladı, Şuşada davam etdi. Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusu ilə dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələn müzakirələr Forumun əsas xəttini təşkil etdi.
III Şuşa Qlobal Media Forumunda iştirakçılarının suallarını cavablandıran ölkə Prezidenti cənab İlham Əliyev regionda baş verən bütün hadisələri dəyərləndirdi, yeni reallıqlarla bağlı fikirlərini bölüşdü və Azərbaycan həqiqətləri ilə yanaşı, ölkə mediasının bugünkü vəziyyətini qiymətləndirdi.
III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Azərbaycan mediasının fəaliyyətini yüksək dəyərləndirməsi isə KİV-ə göstərilən böyük etimadın göstəricisi və zəhmətinə verilən ən yüksək, ali qiymət oldu. Forumda Prezident İlham Əliyevin media haqqında söylədiyi fikirlər həm də ölkənin mətbuat işçiləri qarşısında ciddi məsuliyyət və yeni hədəflər qoyur.
III Şuşa Qlobal Media Forumu həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün mühüm platforma olaraq medianın gələcəyini formalaşdıran məsələlər üzərində diqqəti artırdı. Süni intellektin media sahəsinə gətirdiyi imkanları və riskləri bir arada müzakirə etmək, informasiya təhlükəsizliyində medianın rolunu gücləndirmək və media savadlılığını yüksəltmək forumun ən vacib hədəfləri oldu.
Artıq bir ənənəyə çevrilən, qlobal problemlərin müzakirə platformasına çevrilən Şuşa Qlobal Media Forumu təşəbbüsdən daha çox instituta çevrildiyini təsdiq edildi.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

