Tovuzluların bir seçimi var: cənab İlham Əliyev
19.09.2013 [10:07]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Tovuz rayonunda da uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Tovuz rayonunda da uğurla davam etdirilir. Dünən bu məqsədlə Qovlar şəhərində seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov əvvəlcə rayonda seçkilərin keçirilməsinə hazırlıqla bağlı görülən işlər haqda məlumat verib.
Onun sözlərinə görə, seçkilərin tam ədalətli və şəffaf keçirilməsi üçün rayonda hər cür şərait yaradılıb. Bu seçkilərdə YAP-ın namizədilə yanaşı, müxtəlif təmayüllü partiyaların namizədlərinin də iştirak etdiyini söyləyən rayon təşkilatının sədri vurğulayıb ki, buna baxmayaraq, namizədlərin heç biri cənab İlham Əliyevlə rəqabət aparmaq gücündə deyil: “Bunun da səbəbləri kifayət qədərdir. Təkcə bir faktı xatırlamaq yetərlidir ki, son 10 ildə Azərbaycan iqtisadi cəhətdən yüksək inkişaf yolu keçərək bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır. Son illər Azərbaycan ümumdaxili məhsulun həcminə görə lider ölkəyə çevrilib. Bu artım hər il davam edir və biz bu tendensiyanın, inkişafın, sabitliyin artması, davamlı və dayanıqlı olması üçün oktyabrın 9-da növbəti dəfə cənab İlham Əliyevə səs verməliyik”.
Daha sonra çıxış edən Milli Məclisin üzvü Rafiq Məmmədhəsənov Azərbaycan dövlətinin müstəqillik tarixinə qısa nəzər salıb. Onun sözlərinə görə, 1991-ci ildə əldə edilmiş müstəqillikdən sonra hər cür çətinliyi və xoş günləri görən Azərbaycan xalqı yaxşını pisdən ayırmağı bacarır. Ən çətin dövrlərdə xalqımızın çox düzgün qərarlar qəbul etdiyini və doğru seçimlər etdiyini xatırladan millət vəkilinin sözlərinə görə, bu dəfə də xalqımız doğru qərar verməklə növbəti tarixi uğura imza atacaq: “Bütün ürəklərdə bir seçim var-Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs vermək. Çünki bu gün Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur”.
Professor Qəzənfər Paşayev YAP-ın namizədi İlham Əliyevin Prezidentliyi dövründə görülən işləri xatırladaraq vurğulayıb ki, İlham Əliyev hələ Prezident seçilməzdən öncə öz dövlətini, xalqını və millətini sevən əsl vətəndaş olduğunu sübuta yetirmişdi: “Eyni zamanda, göstərmişdi ki, işləməyi, bir çox problemləri müdrikcəsinə dəf etməyi bacaran siyasi xadimdir. 2003-cü ildə xalqın iradəsi ilə hakimiyyətə gəldikdən sonra Onun Ümummilli liderimiz Heydər Əliyevin siyasətini çox cəsarətlə, şərəflə davam etdirdiyinin şahidi olduq”.
Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən dövlət proqramlarından danışan natiqin fikrincə, bu gün Azərbaycan bəlkə də yeganə ölkədir ki, öz iqtisadiyyatını, öz inkişafını dövlət proqramları ilə qurub. Yəni, bütün sahələr üzrə düşünülmüş, planlaşdırılmış şəkildə məsələlər qoyulub və həmin proqramlar ölkəmizin davamlı inkişafını təmin edib.
O, həmçinin, bildirib ki, İlham Əliyev prezident seçilməzdən öncə verdiyi vədlərin hamısına artıq əməl edib: “Məhz bu səbəbdən biz hamımız YAP-ın “İlhamla irəli” şüarını əlimizdə bayraq edib, İlham Əliyevə səs verəcəyik”.
Professor Məhərrəm Qasımlı vurğulayıb ki, görüşə gələn insanların üzlərindəki təbəssüm xalqımızın gələcəyə böyük inamının, ölkəmizdə həyata keçirilən böyük yenidənqurma işlərinə, atılan addımlara verilən dəstəyin bariz göstəricisidir. O, həmçinin, ölkəmizin apardığı enerji siyasətinin uğurlarından danışaraq vurğulayıb ki, neftin və qazın olması həmin dövlətin inkişafı demək deyil. İnkişaf üçün bu zəngin sərvətlərdən doğru istifadə edilməlidir, neft gəlirlərini digər sahələrə yönəltməklə inkişafa nail olmaq lazımdır. Azərbaycanın bütün dünya dövlətlərinin liderləri, nüfuzlu şəxsiyyətlər tərəfindən etiraf olunan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyası da məhz bu məqsədə xidmət edir.
O, sonda bir daha rayon sakinlərini cənab İlham Əliyevə səs verməyə çağırıb.
Rayonun Yanıqlı kəndində keçirilən növbəti görüşdə isə çıxış edən natiqlər və rayon sakinləri əmin olduqlarını bildiriblər ki, qarşıdan gələn prezident seçkilərində tovuzluların yeganə seçimi var - o da cənab İlham Əliyevdir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

