Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır
23.07.2025 [16:26]
Toğrul Zeynalov,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi "Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır" fikri, Azərbaycanın enerji siyasətində və beynəlxalq münasibətlərdə qazandığı strateji mövqenin ifadəsidir. Bu bəyanat, Azərbaycanın enerji sektorunda apardığı məqsədyönlü siyasətin və uzunmüddətli tərəfdaşlıqların nəticəsi kimi qiymətləndirilə bilər. Ölkə özünün təbii qaz ehtiyatlarından səmərəli istifadə edərək, yalnız regional deyil, eyni zamanda qlobal enerji təhlükəsizliyinin təminatına töhfə verir.
Avropa İttifaqının Azərbaycanı etibarlı tərəfdaş kimi tanıması, iki tərəf arasında uzun müddət ərzində formalaşmış güclü siyasi və iqtisadi əməkdaşlığın nəticəsidir. Azərbaycan yalnız enerji resursları ilə deyil, həm də sabitliyi, proqnozlaşdırıla bilən siyasəti və beynəlxalq öhdəliklərə sadiqliyi ilə seçilir. Bu amillər Azərbaycanın enerji ixracatçısı kimi etibarlı imicinin əsasını təşkil edir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkənin əsas məqsədi neft və qazdan əldə olunan gəlirləri dayanıqlı iqtisadi inkişafa və sosial rifaha yönəltməklə yanaşı, enerji ixracında da davamlılığı təmin etməkdir.Azərbaycanın həyata keçirdiyi mühüm infrastruktur layihələri – xüsusilə də Cənub Qaz Dəhlizi – bu prosesin mühüm tərkib hissəsidir. Bu layihə vasitəsilə Xəzər dənizi qaz ehtiyatları Avropa bazarlarına birbaşa çatdırılır və bu, regionun enerji xəritəsində balans yaradır. Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılması Azərbaycanın nəinki region üçün, həm də Avropa üçün vacib enerji təchizatçısına çevrilməsinə səbəb olub. Bu dəhliz həmçinin enerji təchizatında alternativlik prinsipini gücləndirir və enerji asılılığını azaldır.Hazırda Azərbaycanın qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrə ixrac olunur. Gələcəkdə isə daha geniş coğrafiyaya – Mərkəzi və Şərqi Avropa ölkələrinə qaz tədarükünün artırılması planlaşdırılır. Bu da Azərbaycanın enerji bazarında rolunun daha da güclənəcəyini göstərir. Avropa İttifaqı ilə enerji sahəsində aparılan dialoqlar, tərəfdaşlıq razılaşmaları və memorandumlar bu istiqamətdə strateji əməkdaşlığın dərinləşdiyini təsdiqləyir.
Prezident İlham Əliyevin bu forumda səsləndirdiyi fikirlər, həm də Azərbaycanın qlobal enerji siyasətində formalaşan yeni reallıqlara uyğun çevik və rasional yanaşmasının təzahürüdür. O, Azərbaycanın təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda enerji təhlükəsizliyinin təminatında mühüm aktor olduğunu nümayiş etdirir. Azərbaycanın dayanıqlı, şaxələndirilmiş və çevik enerji siyasəti regional sabitliyə və qlobal enerji balansına töhfə verir. Bu kontekstdə ölkənin beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınması, həm siyasi, həm də iqtisadi baxımdan onun mövqelərini daha da möhkəmləndirir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

