/ / “Milli Mətbuat Günü”nə həsr olunmuş “Milli mətbuatın 150 illik inkişaf yolu: Keçmişdən gələcəyə” adlı konfrans keçirilmişdir
“Milli Mətbuat Günü”nə həsr olunmuş “Milli mətbuatın 150 illik inkişaf yolu: Keçmişdən gələcəyə” adlı konfrans keçirilmişdir
22.07.2025 [16:56]
22 iyul 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Mətbuat Günü”nə həsr olunmuş “Milli mətbuatın 150 illik inkişaf yolu: Keçmişdən gələcəyə” adlı konfrans keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Vüqar Rəhimzadə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və Publisistika şöbəsinin müdiri Vüqar Əhməd, institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma, Mətbuat tarixi və Publisistika şöbəsinin baş elmi işçisi Gülbəniz Babayeva, mətbuat tədqiqatçısı Leyla Məmmədli, həmçinin RİH başçısı Aparatının və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşları, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl RİH başçısı və qonaqlar Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, eləcə də mövzu ilə əlaqədar videoçarxın nümayişi ilə başlanmışdır.
Daha sonra Milli Məclisin üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə geniş nitq söyləyərək, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə əsası qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli inkişaf yoluna nəzər salmış, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulamışdır. O, bildirmişdir ki, dahi rəhbərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı milli mətbuatın inkişafında yeni mərhələ açmış, 1998-ci ildə dövlət senzurasının ləğvi isə söz və mətbuat azadlığının təmin olunmasına və mətbuatın sürətli inkişafına ciddi təkan vermişdir.
Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və Publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd çıxış edərək, milli mətbuat tariximizin yalnız informasiya vasitəsi deyil, həm də xalqın mənəvi yaddaşı və milli ideologiyanın daşıyıcısı olduğunu qeyd etmişdir. O, “Əkinçi”dən bu günə qədər keçilən yolun milli düşüncənin, maarifçiliyin və azərbaycançılıq ideyasının mətbuat üzərindən formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırmış, aparılan elmi tədqiqatların və arxiv sənədləri əsasında hazırlanmış monoqrafiyaların tədqiqatçılar və gənc nəsil üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səma çıxışında media ilə cəmiyyət münasibətləri kontekstində maarifçi ənənələrin qorunması və ədəbiyyatla mətbuatın qarşılıqlı təsirindən bəhs etmiş, müasir informasiya çağırışları fonunda bu harmoniyanın əhəmiyyətini xüsusi qeyd etmişdir. O, müasir medianın ədəbi və ideoloji dəyərlərlə zənginləşdirilməsinin cəmiyyətin sağlam informasiya ilə təmin olunmasında vacib rol oynadığını və institutun bu istiqamətdə həyata keçirdiyi layihələr barədə məlumat vermişdir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və Publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Gülbəniz Babayeva və mətbuat tədqiqatçısı Leyla Məmmədli çıxış edərək, milli mətbuat tariximizin zəngin və dəyərli irsə malik olduğunu, bu irsin qorunub saxlanılması və yeni nəsilə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd etmiş, həm klassik mətbuat nümunələrinin öyrənilməsinin, həm də onların müasir dövr üçün aktuallığının araşdırılmasının vacibliyini vurğulamışlar. Onlar bildirmişlər ki, mətbuatın inkişaf yoluna nəzər salmaqla milli dəyərlərin formalaşması və cəmiyyətin tərəqqisinə təsiri daha yaxşı anlaşılır.
Yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bütün mətbuat işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O, milli mətbuatımızın 150 illik inkişaf yolunun zəngin tarixi irs və böyük məsuliyyət demək olduğunu qeyd etmişdir. Vasif İmanov bildirib ki, mətbuat yalnız informasiya ötürən vasitə olmaqla kifayətlənmir, həm də xalqın mənəvi yaddaşı və milli ideologiyasının əsas daşıyıcısıdır. Prezident İlham Əliyevin 2020-ci il Vətən müharibəsi dövründə verdiyi müsahibələr, etdiyi çıxışlar və həyata keçirdiyi strateji yanaşmanın Azərbaycan mediasının inkişaf istiqamətini müəyyənləşdirdiyini vurğulayan RİH başçısı əlavə etmişdir ki, bu yanaşmanın davamı olaraq Prezidentin təşəbbüsü ilə Şuşada keçirilən Qlobal Media Forumu beynəlxalq səviyyədə mühüm hadisəyə çevrilmişdir. Bu cür forumlar və Prezidentin media ilə açıq kommunikasiya siyasəti Azərbaycan jurnalistlərinin daha məsuliyyətli, vətənpərvər və beynəlxalq standartlara cavab verən peşəkarlar kimi yetişməsinə güclü təkan verir.
Tədbirin sonunda milli mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə rayonun ictimai həyatında səmərəli fəaliyyət göstərən bir sıra şəxslər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanları ilə təltif olunmuşlar.
Xəbər lenti
Hamısına baxHadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46

