Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür
08.07.2025 [14:21]
Ölkə Prezidenti cənab İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata bəyanatla çıxış etmişdir. Dövlət başçısının mətbuata verdiyi bəyanatında: “Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk” deyə qeyd etmişdir. Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlər 02 oktyabr 1995-ci ildə qurulmuşdur. 1996-cı ilin avqust ayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin iyul ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır. Özbəkistan Respublikası ilə münasibətlərimiz hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır. Azərbaycan və özbək xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq münasibətləri, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət və dil dövlətlərimiz arasında hərtərəfli əlaqələrin inkişafına mühüm töhfə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında təşəkkül tapmış qarşılıqlı hörmət və etimada, eləcə də qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən əsas faktor kimi çıxış etməkdədir. Hazırda Azərbaycan-Özbəkistan münasibətlərinin bütün sahələrində, o cümlədən siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı istiqamətləri üzrə intensiv əməkdaşlıq müşahidə edilməkdədir. Azad edilmiş ərazilərimizin bərpasına ilk xarici töhfə olan, Özbək xalqının Azərbaycana hədiyyəsi-Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin tikintisi xalqlarımız arasında dostluq və qardaşlığın daha bir rəmzi kimi qiymətləndirilir. Azərbaycan-Özbəkistan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər. Xüsusilə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı qardaşlıq və həmrəyliyə əsaslanmaqla nümunəvi xarakter daşıyır.
Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

