Xalq-iqtidar-ordu birliyi: tarixi zəfərlərin əsas amili
25.06.2025 [13:34]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyi və xalq-ordu birliyinin mühüm təcəssümüdür. Bu tarix dövlətin hərbi qüdrətinin, müstəqil və güclü orduya sahib olmasının rəmzidir. Ordu quruculuğu prosesi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilən strateji xəttin bariz nümunəsidir.
Azərbaycanın hərbi potensialının inkişafı 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsaslı şəkildə formalaşmağa başladı. Hərbi kadr hazırlığı məsələsi dövlət siyasətinin mühüm prioritetlərindən biri oldu. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması bu istiqamətdə atılmış mühüm addım idi. Bu lisey milli zabit korpusunun formalaşmasına, gənclərin hərbi peşəyə marağının artmasına və hərb sahəsində yerli kadrlara əsaslanan milli ordu ənənəsinin bərqərar olunmasına töhfə verdi.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ağır siyasi və hərbi böhranla üzləşdi. 1990-cı illərin əvvəllərində nizami ordu yox idi, müxtəlif silahlı dəstələr ayrı-ayrı qrupların nəzarətində idi. Ermənistanın genişmiqyaslı işğalçı siyasəti nəticəsində ölkənin ərazi bütövlüyü təhlükə altına düşmüşdü. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev nizamsız silahlı dəstələrin ləğvini təmin edərək, peşəkar və vahid komandanlığa malik ordu quruculuğuna başladı.
1994-cü ilin 12 may tarixində imzalanmış atəşkəs sazişi nəticəsində ordu quruculuğu üçün yeni imkanlar yarandı. Ordunun texniki təchizatında, şəxsi heyətin döyüş hazırlığında və mənəvi-psixoloji durumunda ciddi irəliləyişlər baş verdi. Nizami, peşəkar və vətənpərvər zabitlər korpusu formalaşdırıldı. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun – Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün Azərbaycan Silahlı Qüvvələrinin Günü elan edildi. Bu qərar dövlətin orduya verdiyi yüksək dəyərin və prioritet münasibətin bir təzahürüdür.
Ulu Öndərin təşəbbüsü ilə 1999-cu il fevralın 20-də Azərbaycan Hərbi Akademiyası yaradıldı. Bu, milli hərbi təhsil sisteminin formalaşması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addım idi. Ümummilli Liderin 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafı keyfiyyətcə yeni mərhələyə keçdi. Ordunun döyüş qabiliyyətinin artırılması, müasir texnologiyalarla təchizat, zabit heyətinin peşəkarlığının yüksəldilməsi prioritet vəzifələrə çevrildi. Dövlətimizin başçısının xüsusi diqqəti və siyasi iradəsi nəticəsində Azərbaycan Cənubi Qafqazın ən güclü hərbi qüvvəsinə sahib oldu.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixində ən şanlı səhifələrdən biri oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqların böyük hissəsini azad etdi. 10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya etdi və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ başa çatdı.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində göstərilən qəhrəmanlıq və şücaətə görə xüsusi orden və medallar təsis edilmişdir. “Zəfər”, “Qarabağ” ordenləri və müxtəlif bölgələrin azad olunması ilə bağlı 15 medal Qələbənin tarixi yaddaşda qalması üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, işğaldan azad olunmuş şəhərlərdə Zəfər və İşğal muzeylərinin tikintisi aparılır.
2022-ci ildə Milli Müdafiə Universitetinin təsis edilməsində məqsəd Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında hərbi təhsilin keyfiyyətini artırmaq və peşəkar kadr hazırlığını sistemləşdirməkdir. Yeni institutların yaradılması və hərbi təhsil müəssisələrinin bu struktura birləşdirilməsi Azərbaycan Ordusunda akademik və əməli biliklərin vəhdətini təmin edir.
Qarabağ Zəfərindən sonra Azərbaycan hərbi sahədə struktur və strateji baxımdan daha da gücləndi. Komando hərbi hissələri yaradıldı, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və xüsusi təyinatlı birliklərin sayı dəfələrlə artırıldı. 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatçı qüvvələr tam zərərsizləşdirildi və ölkənin konstitusiya quruluşu tam bərpa olundu.
Azərbaycanda hərbi sənaye inkişaf etdirilərək minlərlə hərbi təyinatlı məhsul istehsal olunmağa başlanmışdır. Bu məhsullar beynəlxalq sərgilərdə təqdim olunur və xarici alıcılara ixrac edilir. Türkiyə, İsrail, İtaliya və Pakistan kimi ölkələrlə texnologiya transferinə dair müqavilələr imzalanmışdır. Bu, təkcə silah ehtiyatlarının artırılması deyil, həm də strateji tərəfdaşlıq baxımından əhəmiyyətli irəliləyişdir.
Hərbi qulluqçuların sosial təminatı və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən ciddi addımlar atılır. Beləliklə, minlərlə zabit dövlət hesabına mənzillə təmin edilib. 2025-ci ildən hərbi qulluqçuların maaşlarında növbəti artım nəzərdə tutulub.
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının gücü, dövlətinin suverenliyi və xalq-ordu-iqtidar birliyinin simvoludur. Güclü ordu – güclü dövlət deməkdir. Dövlətimizin güclü ordusu isə onun ərazi bütövlüyü, müstəqilliyi və gələcəyinin ən böyük təminatıdır.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

