YAP Nərimanov rayon təşkilatında treninq keçirilib
03.09.2013 [09:20]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında partiya tərəfindən dairə və məntəqə seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlər kimi təyin olunan şəxslərə treninq keçirilib. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası prezident seçkiləri kampaniyası çərçivəsində uğurlu fəaliyyət göstərməkdədir. Artıq partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alındığını deyən T.Tağıyev namizədin qeydə alınması üçün seçki qanunvericiliyinə əsasən tələb olunan imzaların da yüksək səviyyədə toplanıldığını xatırladıb. “Bizə 16 imza vərəqəsi verilmişdi ki, 1000 nəfərə yaxın şəxsdən qısa müddətdə imza topladıq. Öncədən imza toplayan şəxslərə müvafiq təlimatlar verilmişdi və onların əksəriyyəti bu işdə təcrübəli idilər. Onlar bu işin öhdəsindən layiqincə gəldilər” - deyə, T.Tağıyev vurğulayıb.
Təşkilat sədri qeyd edib ki, ümumiyyətlə, YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın olan siyasi təşkilatdır. Onun sözlərinə görə, YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu siyasi güc mərkəzidir: “Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Bu mənada Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası hesab olunması təsadüfi deyil”.
O, xatırladıb ki, yarandığı vaxtdan partiyamız bütün seçkilərdə qələbə qazanıb. Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır. Hazırkı seçki kampaniyasına da partiyamız ciddi şəkildə hazırlaşıb.
T.Tağıyev bildirib ki, hazırda seçki qanunvericiliyinə uyğun olaraq digər seçki hərəkətləri həyata keçirilir. O, qeyd edib ki, treninqdə iştirak edən şəxslər 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci və 20 saylı Nərimanov ikinci seçki dairələri üzrə məşvərətçi səs hüquqlu üzvlər kimi təmsil olunacaqlar.
Treninq iştirakçılarına dairə və məntəqə seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlərin qanunvericiliyə əsasən hüquq və vəzifələri, fəaliyyətləri haqda müvafiq tövsiyələr verilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

