Milli Qurtuluş Günü Azərbaycan xalqının qurtuluş tarixinin əbədi simvoludur
12.06.2025 [15:42]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Hər il iyunun 15-i Azərbaycan xalqı tərəfindən Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın dövlətçilik tarixində qızıl hərflərlə yazılmış, ölkənin müstəqilliyini və gələcəyini təmin edən taleyüklü bir dönüş nöqtəsidir. 1993-cü ildə Azərbaycan dərin siyasi və iqtisadi böhranla üz-üzə qalmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı və ölkə rəhbərliyinə gəlişi ilə Azərbaycan xilas oldu.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi çoxdan gözləmək imkanı əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda ən yuxarı həddə çatdı, ölkədə fəaliyyət göstərən bəzi separatçı qüvvələrin başıpozuq hərəkətləri Azərbaycan daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara aid bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsir və təzyiqləri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı artıq qabarıq şəkildə özünü büruzə verməyə başlamışdı. Sözügedən vəziyyət nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılan müstəqil dövlətə rəhbərlik edə bilmə iqtidarında olmayan, siyasi hadisələrə düzgün qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdə belə ölkənin maraqları üçün hansı addımın daha düzgün olacağını müəyyənləşdirə bilməyən şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Buna görə də ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş hadisələrdən düzgün nəticə çıxara bilmirdi.
Ümummilli Liderimiz müstəqilliyimizin həmin mərhələsini belə qiymətləndirirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə mürəkkəbləşən siyasi vəziyyət, əhalinin gündən-günə kritikləşən sosial durumu ölkəni bu problemlərdən xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə əsaslı zərurət yaradırdı. Cəmiyyətin bütün təbəqələri müstəqilliyini təzəcə bərpa etmiş ölkəni düşdüyü çətin və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyətin məhz Heydər Əliyevin olduğunu bilirdi. Doğrusu, bu məhz bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında birlik olmaqla öz gələcək taleyinə özü qərar vermək niyyətində idi. Beləliklə, 1993-cü il iyun ayının 9-da ulu öndər xalqın çağırışına səs verərək Bakıya gəldi və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində əsaslı dönüşün baş verdiyi an oldu, böyük qurtuluşa doğru vacib addım atıldı.
İyunun 15-də isə Azərbaycan Ali Sovetinin sədri seçilərək faktiki olaraq ölkə rəhbərliyini öz üzərinə götürdü. Bu hadisə Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd edilən qəti addım oldu. Heydər Əliyevin rəhbərliyi ilə ölkədəki xaosun qarşısı alındı, siyasi sabitlik bərpa edildi. Hərbi birləşmələr vahid komandanlıq altında birləşdirildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Bu addımlar ölkənin parçalanmasının qarşısını aldı və dövlətçiliyin möhkəmlənməsi üçün zəmin yaratdı. Milli Qurtuluş Günü təkcə siyasi sabitliyin bərpası deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının əsasının qoyulduğu gündür. Heydər Əliyev ölkənin inkişafı üçün mühüm islahatlara başladı. O, neft strategiyasının əsasını qoyaraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bu müqavilə Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoydu və ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb olunmasına səbəb oldu. Həmçinin, Azərbaycanın beynəlxalq arenadakı mövqeyi gücləndirildi, xarici siyasət prioritetləri müəyyənləşdirildi.
15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması, ölkənin xaosdan xilas edilməsi və gələcək inkişafının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu tarix Heydər Əliyevin xilaskarlıq missiyasını, onun dövlətçilik fəlsəfəsini və xalqına olan sadiqliyinin təcəssümüdür. Bu tarix həm də gənc nəslə dövlətə, müstəqilliyə və milli dəyərlərə sahib çıxmağın vacibliyini aşılayır. Milli Qurtuluş Günü Azərbaycan xalqının qurtuluş tarixinin əbədi simvolu olaraq qalacaq.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

