15 iyun-Milli Qurtuluş Günü münasibətilə təntənəli ümumrayon tədbiri keçirilmişdir
12.06.2025 [15:39]
11 iyun 2025-ci il tarixində Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan başlanan müstəqillik, sabitlik və inkişaf yolu” mövzusunda təntənəli ümumrayon tədbiri keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının əməkdaşları, rayonun idarə və müəssisələrinin rəhbərləri və kollektiv üzvləri, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və fəal gənclər iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoyulması ilə öz işinə başlayıb. Ardınca RİH başçısı və qonaqlar “Mirvari Park” Kompleksində “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin təşkil etdiyi sərgi ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsinə keçid edilib, dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbiri giriş nitqi ilə açaraq bildirib ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı üçün təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də milli dövlətçilik ideyalarının gerçəyə çevrildiyi gün kimi tarixə düşüb. RİH başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə baş alıb gedən anarxiya və qarşıdurmalara son qoyuldu, dövlətçiliyin təməli möhkəmləndirildi, sabitlik təmin edildi. Azərbaycan müstəqil inkişaf yoluna çıxdı. V.İmanov əlavə edib ki, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan regionun lider dövləti kimi çıxış edir. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri geniş vüsət alıb, Böyük Qayıdış reallaşır. Bütün bunlar Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin bariz göstəricisidir.
Millət vəkili Arzu Nağıyev çıxışında qeyd edib ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran və xaos şəraitində yeganə ümid məhz Ulu Öndər Heydər Əliyev idi. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyini qoruyaraq ölkəni dağılmaq təhlükəsindən xilas etdi. Millət vəkili vurğulayıb ki, bu gün də ölkənin inkişafı, güclənməsi və qlobal arenada tanınması məhz həmin siyasi kursun davam etdirilməsi ilə bağlıdır.
Yekun olaraq çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirərək, Ulu Öndərin rəhbərliyi ilə ölkədə baş verən sosial, iqtisadi və siyasi inkişaf proseslərinin əhəmiyyətindən danışıb.
Sonda tədbir tanınmış sənətçilərin və Pirallahı rayonunun 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, həmçinin 14 nömrəli Uşaq Musiqi Məktəbinin yetirmələrinin təqdimatında musiqi, rəqs və ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

