Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır
10.06.2025 [19:22]
2 iyun 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində mühüm çıxış etdi. Onun nitqi təkcə rəsmi təbrik deyil, həm də ölkənin enerji siyasətinin hazırkı vəziyyətini və gələcək vizyonunu ifadə edən strateji mesajlar idi. Prezidentin çıxışı həm daxili auditoriya, həm də beynəlxalq tərəfdaşlar üçün bir növ yol xəritəsi funksiyasını daşıyırdı.Bu gün bütün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişikliyi və onun nəticəsində yaranan fəsadların aradan qaldırılmasıdır. Hazırda iqlim dəyişikliyinin təsirlərin azaldılması istiqamətində aktiv müzakirələr aparılır, bir sıra addımlar atılır. Bu mənada “yaşıl enerji” zonalarının yaradılması da mühüm əhəmiyyət kəsb edir. “Yaşıl enerji” istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır.
Çıxışda Prezident İlham Əliyev beynəlxalq tərəfdaşlara açıq çağırış etdi.O, Azərbaycanı enerji sektorunda investorlar və texnologiya təminatçıları üçün etibarlı və gələcəyə hesablanmış bir ölkə kimi təqdim etdi. Bununla yanaşı, çıxışda qeyd olundu ki, Azərbaycan əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq bərabər hüquqlu və qarşılıqlı maraqlara əsaslanmalıdır. İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.Möhtərəm Prezidentimiz mərasimdəki çıxışında bildirib ki:” Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir.Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər həm də Azərbaycanın enerji siyasətinin ən gözəl təqdimatıdır. Bu sırada respublikamızın «yaşıl enerji»yə keçidlə bağlı həyata keçirdiyi tədbirlər Bakı Enerji Həftəsində böyük maraqla qarşılanır. Məlumdur ki, son dövrlərdə dünyanın üzləşdiyi yeni çağırışlar dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutların müəyyən edilməsi kimi vəzifələri də gündəmə gətirir. Hazırda qlobal və regional enerji təhlükəsizliyinin ənənəvi enerji mənbələri hesabına təmin olunmasına böyük töhfələr verən Azərbaycan enerji sferasındakı bu yeni çağırışları da vaxtında və düzgün dəyərləndirir, bərpaolunan enerji növlərinin inkişafı istiqamətində layihələr həyata keçirir.Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.Azərbaycanda yaşıl enerjinin inkişafı əsas prioritetlərdən biri kimi müəyyən edilib və bu sahədə beynəlxalq şirkətlər və maliyyə institutları ilə sıx əməkdaşlıq həyata keçirilir. Əməkdaşlıq isə ölkəmizin tranzit imkanlarını artırır.Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da ölkənin ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması Azərbaycan dövlətinin məsuliyyətini nümayiş etdirir.
Azərbaycanın uğurlu və mütərəqqi enerji siyasəti həyata keçirməsi dünyanın da qəbul etdiyi həqiqətdir. Eyni zamanda enerji istehsalındakı müasir tendensiyalar və çağırışlar da respublikamızda sürətlə reallaşdırılır ki, bu da qlobal enerji balansında respublikamızın çəkisini daha da artırır. Bakı Enerji Həftəsi isə həm Azərbaycanın bu sahədəki uğurlarını dünyaya təqdim edir, həm də enerji bazarının tərəfləri arasında yeni əlaqələr qurmaq və perspektiv əməkdaşlıqlar üçün unikal imkanlar yaradır. Lakin bu hədəflərin reallaşması üçün daha çox konkret icra planları, ictimai hesabatlılıq və institusional çeviklik tələb olunur. Bakı Enerji Həftəsi bir daha sübut etdi ki, enerji siyasəti artıq təkcə neft və qazla deyil, etimad, texnologiya və ekoloji məsuliyyətlə ölçülür.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

