302 №-li məktəbdə "Hüquqlarımızı qoruyaq"adlı tədbir keçirilib
31.05.2025 [14:19]
30.05.2025-ci ildə "Konstitusiya və Suverenlik İli" və 18 may-18 iyun hüquq aylığı ilə əlaqədar Ələt qəsəbəsindəki Əhməd Zeynallı adına 302 №-li məktəbdə "Hüquqlarımızı qoruyaq"adlı tədbir keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xairəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev "Konstitusiya və Suverenlik İli"nin təsis edilməsinin əhəmiyyətindən danışıb, Konstitusiya və suverenlik haqqında tarixi faktlara əsaslanan məlumatlarla çıxış edərək şagirdləri məlumatlandırıb. Qafar Əliyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan olunması ölkəmizin müstəqillik tarixinə, hüquqi dövlət quruculuğuna və suverenlik prinsiplərinə dövlət başçısı tərəfindən verilən yüksək qiymətin təcəssümüdür. O, müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyasının Ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu, bu sənədin müasir dövlətin və vətəndaş cəmiyyəti quruculuğunun hüquqi bünövrəsini təşkil etdiyini bildirib.
Rayon təşkilatının sədri xüsusi vurğulayıb ki, suverenliyin tam bərpası, ölkəmizin ərazi bütövlüyünün və Konstitusiya quruluşunun tam təmin olunması 44 günlük İkinci Qarabağ müharibəsindən sonra mümkün olub. Qafar Əliyev xüsusilə gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyini qeyd edərək, bu kimi tədbirlərin ictimai şüurun formalaşmasına, vətəndaşlıq mövqeyinin və məsuliyyətinin güclənməsinə mühüm töhfə verdiyini bildirib.
Sonra şagirdlərin ifasında “Konstutisiya və Syuverenlik İli”nə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub, səhnəciklər göstərilib. Tədbirdə 2-ci b sinif şagirdi Əliyeva Humrayın "Bayraq" şeirini söyləyib. "Mətbuat və media -1995-ci ildə", "Suverenlik ağacı", şagirdlərin ingilis dilində Konstitusiya və suverenlik haqqında təqdimatı və video-çarx, "Məktəb məhkəməsi" kimi səhnəciklər göstərilib.
Sonra 4-cü b sinfinin şagirdlərinin ifasında "Yaşa Azərbaycan" mahnısı ifa edilərək Azərbaycan bayrağı səhnəyə gətirilib.
Tədbirin sonunda buraxılış imtahanında 300 bal toplayan IX sinif şagirdi Hüseynzadə Dəniz Elşən qızı ilə görüşən YAP rayon təşkilatının sədri onu təbrik edib, təhsildə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17

