Dünya bir daha Azərbaycan - Türkiyə - Pakistan döstluğuna şahidlik etdi
30.05.2025 [20:38]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan - Türkiyə - Pakistan. Bu üç qardaş ölkə bu gün dosuğunun, həmrəyliyinin ən yüksək dövrünü yaşayaır. Dərin tarixi köklərlə bir-birinə bağlı olan Azərbaycan, Türkiyə və Pakistan xalqlarının eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Xoş gündə də, çətin gündə də bir-birinə dəstək olan hər üç qardaş xalqın dostluğu, hərbi və siyasi sahələrdə sıx əməkdaşlığı, həmrəyliyi dünyaya nümunədir.
Bir neçə gün əvvəl dünya ictimaiyyəti Azərbaycan-Türkiyə-Pakistan qardaşlığına, dosluğuna şahidlik etdi. Azərbaycanın Müstəqillik Günündə, Şərqi Zəngəzurda, ölkəmizin dilbər guşəsi Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü qardaş dövlətlər arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürü oldu. Bir neçə gün əvvəl beynəlxalq aləm daha bir nüfuzlu tədbirin - üçtərəfli Zirvə görüşünün yüksək səviyyədə həyata keçməsinə şahidlik etdi. Uğurlu keçən Zirvə görüşü hər üç qardaş ölkənin birlryinin, həmrəyliyinin növbəti dəfə nümayişi idi.
Son illər Xankəndidə, Şuşada, Ağdamda, Suqovuşanda, Laçında mötəbər tədbirlərin, el şənliklərinin, musiqi festivallarının, idman yarışlarının keçirilməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya mesajıdır. Dünyanın diqqətinin yenidən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə yönəlməsi heç də təsadüfi deyildi. 30 il ərzində işğal altında qalan Laçın şəhərində belə bir nüfuzlu tədbirin keçirilməsi böyük rəmzi məna daşıyırdı.
“Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi bu sözlər üç dost ölkənin liderlərinin Qarabağda, Şərqi Zəngəzurda birlikdə 28 May - Azərbaycanın Müstəqillik Günündə Laçında bayram tədbirlərində iştirakı və həmrəylik nümayiş etdirmələrinin dünyaya sülh, dostluq, həmrəylik mesajının verdiyini təsdiq edir. İkinci Zirvə görüşü həm də ona görə diqqət mərkəzinə çevrildi ki, artıq Laçın Beynəlxalq Hava Limanı öz qapılarını dünyaya açıq elan etdi.
Sevindirici haldır ki, bu gün də Türkiyə, Pakistan və Azərbaycan arasında iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri üç qardaş ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsindən, sarsılmaz dostluqdan və qardaşlıqdan xəbər verir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

