Türk Dövlətləri Təşkilatı real güc mərkəzi kimi
26.05.2025 [15:24]
Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə toplantısı türk birliyinin daha da güclənməsi istiqamətində növbəti mərhələ oldu. Sammitdə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsinə xidmət edir. Zirvə görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür.
Bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü böyük və Avrasiyada kommunikasiyalar nöqteyi-nəzərindən çox önəmli bir coğrafiyada yerləşən Türkdilli ölkələrin inteqrasiyası yolunda növbəti uğurlu addım oldu. Zirvə görüşü çərçivəsində liderlər önəmli görüşlər keçirdilər və aktual müzakirələr apardılar. Zirvə görüşündə liderlərin çıxışlarında və imzalanan Bəyannamədə yaranan fürsətlərdən bəhrələnməklə Türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini özündə ehtiva edən bir sıra mühüm mesajlar verilib. Tədbirdə liderlər yekdil fikir və üst-üstə düşən siyasi iradə ortaya qoyublar. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi TDT-nın tarixində yeni bir başlanğıcdır. Bu ənənə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında həyata vəsiqə alıb. Belə ki, TDT-nın dövlət başçılarının ilk qeyri-formal Zirvə görüşü ötən il iyulun 6-da bütün Türk dünyasının mədəniyyət paytaxtı sayılan Şuşada baş tutub. Macarıstan TDT-da 2018-ci ildən etibarən müşahidəçi statusuna malikdir. Zirvə görüşü kimi önəmli bir tədbirin təşkilatda müşahidəçi statusu daşıyan ölkədə keçirilməsi TDT tarixində bir ilkdir. Bu, bir tərəfdən qurumun genişlənmə siyasəti ilə bağlıdırsa, digər tərəfdən də dost Macarıstanın Türk dünyasına inteqrasiya səylərinin təsdiqidir. Macarıstanla Türk dünyasını ortaq tarix birləşdirir. Bu ölkə yeni dünya nizamında Türk dünyası ilə daha sıx əlaqələr qurmağa böyük önəm verir və məqsədyönlü fəaliyyətlər ortaya qoymaqla TDT-nın tamhüquqlu üzvü olmağa çalışdığını təsdiqləyir. Burada Macarıstanın da Türk dünyası üçün önəmli bir ölkə olduğunu vurğulamaq yerinə düşər. Bu ölkə Avropa İttifaqının (Aİ) üzvüdür. Rəsmi Budapeşt ölkənin bu statusundan istifadə etməklə Aİ-Türk dünyası əlaqələrinin yeni bir səviyyəyə yüksəlməsinə vəsilə ola bilər. Prezident İlham Əliyev Budapeştin ev sahibliyi etdiyi Zirvə görüşündəki çıxışında Azərbaycanın təşəbbüsünün TDT-da üzv dövlətlər tərəfindən dəstəklənməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir”. Bu gün Azərbaycan artıq bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir. Bu əməkdaşlıqlar çərçivəsində son illərdə ölkəmiz özünün çoxvektorlu xarici siyasətində xüsusilə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini prioritet olaraq müəyyən edib, türk dünyasının ayrılmaz bir parçasına çevrilib. Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri, səfər çərçivəsində Zirvə görüşündəki çıxışı Azərbaycanın gələcəyə baxışını özündə ehtiva etdi. Ölkə başçısının məzmunlu çıxışı TDT çərçivəsində regional əməkdaşlığın, iqtisadi-ticari əlaqələrin daha möhkəmləndirilməsi, xüsusilə rəqəmsallaşmanın inteqrasiya olunmasında Azərbaycanın gördüyü işləri və əhəmiyyətini bir daha ortaya qoydu. Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətləri ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi. Bu günə qədər Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti 2024-cü ildə Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatıb, eyni zamanda dəniz ticarətinin də genişləndirilməsi istiqamətində əməli işlər görülür. Beləliklə, bu gün Azərbaycanın əsas hədəfi həm türk dünyası çərçivəsində, həm də qlobal miqyasda beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfə vermək, xüsusilə mürəkkəb geosiyasi vəziyyətdə xalqlar arasında əməkdaşlıq, dostluq, sülhə və təhlükəsizliyə hesablanmış gələcəyin təmin edilməsindən ibarətdir.
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

