Azərbaycan Xalq Cümhuriyyəti tarixi irs olmaqla dövlətçilik ənənələrinin təməlidir
26.05.2025 [13:59]
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) — xalqımızın şanlı dövlətçilik tarixində xüsusi yer tutan, Şərqdə və İslam aləmində ilk demokratik, hüquqi və parlamentli respublika olaraq milli dövlətçilik ənənələrimizin əsasını qoymuş bir qurumdur. 1918-ci ilin 28 mayında elan olunan bu dövlət, cəmi 23 ay mövcud olsa da, xalqımızın azadlıq, milli müstəqillik və dövlət suverenliyi uğrunda apardığı mübarizənin simvoluna çevrilmişdir. AXC, xalqın öz müqəddəratını təyin etmək hüququna əsaslanaraq qurulmuş və bütün sahələrdə dövlət quruculuğunun təməl prinsiplərini formalaşdırmışdır. XIX əsrin sonları və XX əsrin əvvəllərində Cənubi Qafqazda gedən siyasi proseslər, xüsusilə Rusiya imperiyasının süqutu və 1917-ci il Fevral və Oktyabr inqilabları bölgədə ciddi siyasi boşluq yaratdı. Bu dövrdə millətlər arasında milli özünüdərk prosesləri gücləndi və bir çox xalqlar öz dövlətlərini qurmağa təşəbbüs göstərdilər. Azərbaycan xalqı da bu tarixi fürsətdən istifadə edərək, 1918-ci ilin 28 may tarixində Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvləri tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqının suverenliyi tanındı, hüquqi və demokratik dövlət quruculuğunun təməli qoyuldu. Bu sənəd təkcə hüquqi yox, həm də mənəvi baxımdan milli azadlıq ideyasının təcəssümü idi. Bəyannamədə bütün vətəndaşların hüquq bərabərliyi, xalqların mədəni inkişafı və din azadlığı prinsipləri vurğulanmışdı. Bu, AXC-nin çoxmillətli və tolerant dövlət modeli yaratmaq niyyətindən xəbər verirdi. AXC qurulduqdan sonra qarşıda duran ən mühüm vəzifə dövlət institutlarının formalaşdırılması idi. 1918-ci ilin iyun ayında Gəncə müvəqqəti paytaxt elan olundu və ilk müstəqil hökumət fəaliyyətə başladı. Qısa müddət ərzində Parlament (Milli Şura) təsis olundu və çoxpartiyalı sistem formalaşdı. Nazirlər Kabineti təşkil edildi. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər dövlət institutları yaradıldı. Ən əsası Milli Ordu quruldu və Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakı 1918-ci ilin sentyabrında erməni-bolşevik qüvvələrindən azad edildi. Hüquqi sahədə də mühüm addımlar atıldı. Vətəndaş bərabərliyi təmin olundu, ölüm hökmü ləğv edildi, məhkəmə orqanlarının əsasnamələri hazırlandı, mətbuat azadlığı, sərbəst toplaşmaq və söz azadlığı təmin olundu. Bu tədbirlər AXC-ni demokratik və hüquqi dövlət nümunəsinə çevirdi. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması istiqamətində atdığı addımlar dövlətçiliyimizin ən mühüm səhifələrindən biridir. 1919-cu ilin dekabrında Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etdi. 1920-ci ilin yanvarında Antanta dövlətləri Azərbaycanı de-fakto tanıdı. Azərbaycan hökuməti müxtəlif ölkələrə diplomatik nümayəndəliklər göndərdi, o cümlədən Osmanlı, Almaniya, Gürcüstan və İranla diplomatik əlaqələr qurdu. Bütün bu səylər göstərirdi ki, AXC təkcə regionda deyil, beynəlxalq müstəvidə də müstəqil və legitim dövlət kimi tanınmaq və möhkəmlənmək niyyətində idi. AXC maarif və təhsil sahəsində də böyük islahatlara imza atdı. İlk dəfə olaraq təhsil müəssisələrində tədrisin ana dilində aparılması təmin edildi. 1919-cu ildə Bakı Dövlət Universiteti təsis olundu ki, bu da milli kadr potensialının formalaşdırılmasına xidmət edən ən böyük addım idi. Eyni zamanda, mədəniyyət, ədəbiyyat, mətbuat sahələrində də dirçəliş baş verdi. Qadınların təhsil almasına şərait yaradıldı. “Azərbaycan” qəzeti və digər nəşrlər vasitəsilə milli ideologiyanın yayılması sürətləndi. Bütün uğurlara baxmayaraq, AXC daxili siyasi çəkişmələr, iqtisadi çətinliklər və xarici təhdidlər fonunda davamlı fəaliyyət göstərə bilmədi. 1920-ci il aprelin 27-də XI Qızıl Ordu Azərbaycan ərazisinə daxil olaraq hökuməti devirdi və AXC süqut etdi. Lakin AXC-nin 23 aylıq fəaliyyəti Azərbaycan tarixində əbədi iz qoydu. Bu dövlət müstəqillik və azadlıq ideyalarının təcəssümü olaraq xalqın yaddaşına yazıldı və gələcək nəsillər üçün ilham mənbəyinə çevrildi. 1991-ci il 18 oktyabrda qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası hüquqi və siyasi baxımdan AXC-nin varisi elan olundu. Bu, tarixi ədalətin bərpası idi. Ulu Öndər Heydər Əliyev AXC irsinin qorunması və milli ideyanın gücləndirilməsi istiqamətində mühüm addımlar atdı. Onun təşəbbüsü ilə 1990-cı ildə Naxçıvan MR Ali Məclisində üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olundu. Heydər Əliyevin siyasi varisi olan cənab Prezident İlham Əliyev də AXC irsinin qorunmasına xüsusi önəm verir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, İstiqlal Bəyannaməsi abidəsinin ucaldılması və AXC parlamentinin fəaliyyət göstərdiyi binanın tarixi abidə kimi bərpası buna sübutdur. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq ruhunun, dövlət quruculuğu iradəsinin və demokratik düşüncəsinin bariz nümunəsidir. Qısa müddət ərzində həyata keçirilmiş islahatlar, qurulmuş institutlar və qazanılmış beynəlxalq tanınma bu dövlətin tarixi əhəmiyyətini daha da artırır. Müstəqil Azərbaycan bu gün AXC-nin ideallarına sadiq qalaraq, onun qoyduğu təməllər üzərində güclü və müasir bir dövlət kimi inkişaf edir. AXC-nin siyasi və mənəvi irsi yalnız keçmişin mirası deyil, həm də gələcəyə aparan yol xəritəsidir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

