Yeni mərhələyə qədəm qoyan Azərbaycan-Vyetnam münasibətləri
13.05.2025 [18:05]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində dediyi kimi, bu səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərək bu səfərin təkcə siyasi dialoqun yox, həm də konkret əməkdaşlıq istiqamətlərinin inkişafına xidmət edəcəyini,eyni zamanda bu səfərin nəticələri uğurlu olacağını və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyini qeyd etdi.
Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlıq, xüsusilə enerji və nəqliyyat sahəsində perspektivlidir. Prezident İlham Əliyev bu kontekstdə vurğuladı ki, bərpaolunan enerji növləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan artıq Cənubi Qafqazda yaşıl enerji sahəsində liderlik etməkdədir və bu təcrübəni Vyetnamla bölüşmək hazırdır. Həmçinin Azərbaycan–Vyetnam arasında ticarət dövriyyəsinin artırılması üçün nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq potensialı böyükdür. Xəzər və Cənub–Şərqi Asiyanı birləşdirə biləcək logistik imkanlar qarşılıqlı maraq doğurur.
Prezident Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivlərinə dair fikirlər oldu: “Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var.” Bu, Azərbaycanın yüksək texnologiyalara əsaslanan hərbi sənaye kompleksi ilə Vyetnamın bu sahəyə artan marağı arasında qarşılıqlı faydalı əməkdaşlığın mümkün olduğunu göstərir. Bu da iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasına xidmət edə bilər.
Azərbaycan və Vyetnam xalqları arasında mədəni və təhsil mübadilələrinin gücləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılmaqdadır. Sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlıların ölkələrinin elitasında təmsil olunması bu sahədəki əməkdaşlığın gələcək üçün nə qədər perspektivli olduğunu sübut edir. Heydər Əliyev Fondunun Vyetnamın Ha Giang əyalətində inşa etdiyi ibtidai məktəb bu sahədəki fəaliyyətin bariz nümunəsidir.
Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.Hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar aldıqları təhsil ilə öz ölkələrinin inkişafına töhfə veriblər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə münasibətlərinin tarixində yeni dövrün başlanğıcı oldu. Baş katibin əminliklə söylədiyi kimi, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq. Birgə Bəyanatda partiya, dövlət, parlament kimi bütün səviyyələrdə əlaqələri və təmasları, hökumətlərarası komissiya vasitəsilə iqtisadi əməkdaşlığı fəallaşdırmaq kimi mühüm məqamlar öz əksini tapıb. Bundan başqa, birgə bəyanatda müdafiə, təhlükəsizlik, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə, habelə mədəniyyət, idman və turizm, təhsil, sahələrində münasibətlərimizi inkişaf etdirmək nəzərdə tutulub ki, bu da əməkdaşlığı genişləndirmək üçün çox böyük imkanlar açır.Azərbaycan və Vyetnam öarasında formalaşan strateji dostluq münasibətləri mövcud olan əməkdaşlığın uzunmüddətli perspektivini əks etdirir. İki ölkə liderinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələrin yeni mərhələyə keçməsini deməyə imkan verir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

