Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir
12.05.2025 [18:31]
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına və yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə verdiyi önəm bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır.2025-ci il 6 may tarixi Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə ilə yadda qaldı. Ölkə Başçısı öz müsahibəsində ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib. İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar qazanması ilə yanaşı, ənənəvi tərəfdaşlarla əlaqələrini yüksələn xətlə inkişaf etdirməsini şərtləndirir.Azərbaycan-Vyetnam əlaqələri tarixi köklərə əsaslanır, qarşılıqlı hörmət və etimad üzərində qurulub. Dövlət başçısı İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində də öncə bu reallığı diqqətə çatdırdı ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.Ölkə başçısı qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müstəqilllik dövründə də iki ölkə arasında əlaqələr dərinləşdi. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə gəlişi dövlətlərimiz arasında münasibətlərdə yeni səhifə oldu və gələcək inkişafa güclü təkan verdi. Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi də dinamik inkişaf edir. 2024-cü ilin göstəricilərinə əsasən, iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Əsas ticarət sahələrinə neft-kimya məhsulları, kənd təsərrüfatı malları və sənaye avadanlıqları daxildir. Eyni zamanda, hər iki ölkə qarşılıqlı investisiyalar üçün hüquqi baza və biznes mühiti yaratmaq istiqamətində addımlar atır. Bu sahədə Azərbaycan – Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti xüsusilə önəmli rol oynayır.
Enerji sahəsində zəngin təcrübəyə malik olan Azərbaycan son illərdə həm də “yaşıl” enerji mənbələrinin inkişafına strateji yanaşma nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz 2030-cu ilə qədər bərpa olunan enerji istehsalının ümumi enerji balansında əhəmiyyətli yer tutmasına nail olmağı qarşıya məqsəd qoyub. Bu kontekstdə Vyetnamla əməkdaşlıq geniş imkanlar vəd edir. Sevindirici haldır ki, ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, qarşılıqlı hörmət və ehtirama əsaslanan siyasət yürüdur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49

