Azərbaycan-İran münasibətlərində yeni səhifə
06.05.2025 [18:35]
Ağaverdi Əliverdiyev,
YAP Qusar rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikası, İran İslam Respublikası ilə münasibətlərini mehriban qonşuluq, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və faydaya əsaslanan prinsiplər üzərində qurur və bu əlaqələrin inkişafında hər iki tərəfin nümayiş etdirdiyi güclü siyasi iradəni əsas götürür.
İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır və iki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan qarşılıqlı hörmət və əməkdaşlıq prinsipini əsas götürərək, yaxın qonşuluq əlaqələrini daim prioritet kimi qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə İran arasında mövcud olan mehriban qonşuluq münasibətlərinin təkcə tarixi və mədəni bağlarla deyil, eyni zamanda qarşılıqlı etimada əsaslanan strateji maraqlarla da möhkəmləndiyini vurğuladı. Dövlət başçısı bölgədə sülhün, sabitliyin və qarşılıqlı hörmətin təmin olunmasında İranla əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bu münasibətlərin həm regional, həm də beynəlxalq müstəvidə mühüm təsir gücünə malik olduğunu bildirdi. Tərəflər arasında müzakirə olunan əsas istiqamətlərdən biri nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi oldu. Prezident İlham Əliyev öz çıxışında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafını, Azərbaycan və İran arasında əməkdaşlığın mühüm dayağı kimi qiymətləndirdi. Bu layihə təkcə iki ölkənin deyil, ümumilikdə regionun iqtisadi xəritəsində əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcək miqyasda strateji önəm daşıyır.
Belə görüşlər, diplomatik münasibətlərin gündəlik axarından çıxaraq xalqlar arasında səmimi bağların formalaşmasına, ortaq tarix və mədəni dəyərlər əsasında daha da güclənməsinə şərait yaradır. Azərbaycanın və İranın dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə, regionda sabitlik və rifah naminə atılan mühüm birgə addımların əlamətidir.
Öz növbəsində, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian da bildirib ki, calışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə – sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik. Əminəm ki, əgər biz müsəlman ölkələri, regional dövlətlər və qonşular, qədim dövrlərdən bir yerdə olmuş qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsaq, dünyaya baxışlarımız qarşılıqlı qaydada razılaşdırılmış olacaq. Beləliklə, bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun.Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir. Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur.
Keçirilən görüş və verilən bəyanatlar onu göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə öz suverenliyinə, milli maraqlarına söykənərək uğurlu siyasət aparır və qonşularla münasibətlərdə ədalətli və qarşılıqlı faydalı əlaqələrin tərəfdarıdır. Əminik ki, cənab Prezidentin apardığı qətiyyətli siyasət nəticəsində Azərbaycan-İran əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bölgədə daha güclü sabitlik və rifah təmin olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

