“Böyük Qayıdış: Hədəfləri reallığa çevirən məqsədyönlü strategiya”
05.05.2025 [17:45]
Mayın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Böyük Qayıdış: Hədəfləri reallığa çevirən məqsədyönlü strategiya” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, müasir Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir: “Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Uğurlarımızın zirvəsində isə Qarabağ Zəfəri dayanır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə nəhəng quruculuq işləri həyata keçirilməkdədir”.
Çıxış edən YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, Ulu Öndər bütün həyatını Azərbaycan xalqına və dövlətinə həsr edib. Onun fikrincə, Azərbaycanın konstitusiya quruluşunun və suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunmasının əsasında da məhz Heydər Əliyev siyasəti dayanır.
YAP Veteranlar Şurasının sədr müavini diqqətə çatdırıb ki, hazırda Azərbaycan tarixinin ən möhtəşəm dövrünü yaşayır. Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Zəfər ilə güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirib: “Müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması qarşıda dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq Böyük Qayıdış proqramı nəticəsində minlərlə insan doğma yurdlarına qayıdıb. Bölgənin dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək”.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında Azərbaycanın inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan danışıb. O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib. Böyük Qayıdış proqramı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri də bu reallığı təsdiqləyir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri sistemli şəkildə həyata keçirilir.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev Azərbaycanın inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib. O bildirib ki, ölkəmizin inkişafının təməlində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən çoxşaxəli siyasətin Prezident İlham Əliyev tərəfindən məzmun və keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi dayanır. “Ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan bu gün heç kimdən asılı deyil, özü öz taleyinin sahibi olmaqla dünyada söz sahibi dövlətlərdən birinə çevrilib”, - deyə T.Quliyev vurğulayıb.
Politoloq İlyas Hüseynov da Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gördüyü işlərdən bəhs edərək vuğulayıb ki, onun idarəçilik təcrübəsi, siyasi iradəsi, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini şərtləndirib: “Bu gün həmin siyasi iradəni Prezident İlham Əliyev nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoymaq Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün və qüdrətinin nəticəsidir”.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi, gənc şair Elvin Əlizadənin “Dünən Zəngilana getmişdim, ata” şeiri də səsləndirilib.
Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

