Fransız xalqı
01.08.2026 [08:52]
Oxumur. Amma Alber Kamyunun əlyazmalarını milli arxiv kolleksiyasına daxil etmək üçün 9 milyon avro xərclənir...
Əvvəlcə oxumamaqdan başlayaq. Fransızlar əvvəlkindən daha az mütaliə edir, nəticədə kitab mağazaları iflasa uğrayıb bağlanır.
2025-ci ildən başlayaraq Fransada bağlanan kitab dükanları açılan dükanların sayını üstələyib. Az kitab oxuma bütün yaş kateqoriyalarına sirayət edib - uşaqdan böyüyə, varlıdan kasıba. Kənd, qəsəbə, əyalət mərkəzlərində də vəziyyət acınacaqlıdır. Fransada kitab, oxucu, hətta janrlar üzrə mütaliəyə dair ətraflı statistikalar mütəmadi şəkildə təqdim edilir.
Gerçək rəqəmlər isə belədir: 2024-cü ilin mayından 2026-ci ilin mayınadək daxili bazarda daha 10 milyon az kitab satılıb. 12 şəhərdə 16 mağazası və 500 işçisi olan “Gibert” mağazalar şəbəkəsi maliyyə problemlərinə görə məhkəmə nəzarəti altına alınıb. Yüzlərlə digər kitab mağazaları isə iflas həddindədir. Bütövlükdə kitab sənayesi sektoru təhlükə altındadır.
Fransada kitab dükanları bizdəki kimi oyuncaq üstəgəl dəftərxana, üstəgəl kitab deyil, yüz illərlə ənənəsi olan əsl məkanlarıdır. Bəlkə, orada bizim çevik ticarətçi zəkalarımızdan fərqli olaraq kitabçılar ənənəvi qaydalardan qopub zamanın sürətli axarına qoşulmaq istəmirlər?
Deyəsən, getdi, ənənəvi kitab ticarəti. Bəzən kənardan elə görünür ki, qoca Avropa yeniliyə təslim olmaq istəmir. Axı oxucu dəyişirsə, kitab ticarəti də dəyişməlidir. Əgər sabahkı gün ölkəmizin kitab mağazalarında kitabı dondurma ilə birlikdə satsalar, təəccüb etməyə dəyməz. Bacarana baş qurban. İş orasındadır ki, müasir mütaliə metodlarını tətbiq etməyə yönəlmiş cəhdlər ABŞ-dan başqa nə Avropada, nə də digər ölkələrdə istənilən nəticəni vermir. Yeri gəlmişkən, bizdə də elektron, smart kitab işi axsayır...
Fransız xalqı kitab almağa tərəddüd etsə də, bu yaxınlarda Fransa Milli Kitabxanası Alber Kamyunun vərəsələrindən 9 milyon avroluq nadir əlyazma, məktub və digər sənədlər alıb. Üstəlik, Marsel Prustun nadir arxivlərini əldə etmək üçün də elan verib...
Di gəl, fransız xalqı kitab oxumaq istəmirsə, deməli, naməlum bir proses gedir...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17

