Azərbaycan-İran münasibətlərində yeni mərhələ
01.05.2025 [19:13]
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində hər iki ölkənin nümayəndələri daim bir-birinin yanındadır. Ümumiyyətlə, dövlətlərarası münasibətlər möhkəm təməl üzərində inkişaf edir. Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Səfər zamanı aparılan danışıqlar, imzalanan sənədlər bu haqda əminliklə danışmağa əsas verir. Prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı Prezident İlham Əliyev də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın səfərini çox yüksək qiymətləndirdi. Ölkə başçısı bəyanatında vurğuladı ki, hər iki ölkə bu gün geniş gündəlik əsasında fəaliyyət göstərir. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Məqsəd Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.
Prezident İlham Əliyev mətbuata bəyanatında üçtərəfli əməkdaşlıq layihələrinin müzakirə olunmasına da diqqət çəkdi. Bu layihələr arasında Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Ölkə başçısı bildirdi ki, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda isə artacaq yüklər nəzərə alınaraq nəqliyyat imkanları və infrastruktur genişləndiririlir. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün ölkəmiz böyük sərmayə qoyuluşu layihələrinə başlayıb.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın səfəri zamanı həmçinin humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verilib. Yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi üçün birgə qərara gəlinib. Bəyanatında bu haqda fikir bildirərkən Prezident İlham Əliyev vurğuladı ki, xalqlarımız ortaq tarixə və mədəniyyətə sahibdirlər. Xalqlarımız əsrlər boyu bir məkanda, bir dövlət çərçivəsində yaşayıb. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və İran bölgədə önəmli rol oynayır. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.
Mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, səfər zamanı aparılan danışıqlarda həmçinin bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

