Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələri ilhamlandırır.
29.04.2025 [20:49]
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Azərbaycanla Çin dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Preaidenti cənab İlham Əliyev aprel ayının 25-də Çinin CGTN telekanalına geniş mühasibə vermişdir. Bu müsahibədə Azərbaycan-Çin münasibətlərinin strateji xarakter daşıdığını birdaha təsdiqləmiş, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin geniş olduğunu nümayiş etdirmişdir. Eyni zamanda, dövlət başçısının çıxışı Azərbaycanın beynəlxalq siyasətdəki fəal rolunu və milli maraqlara əsaslanan müstəqil xarici siyasət xəttini bir daha göstərmişdir.
Prezident İlham Əliyev musahibə zamanı Azərbaycan və Çin arasında formalaşmış yüksək səviyyəli münasibətləri xüsusi qeyd etmiş, xüsusilə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. Azərbaycan və Çin arasında son illərdə münasibətlərin inkişafından danışan Prezident İlham Əliyev vurğulayıb ki, bərpa olunan enerji, nəqliyyat, istehsalat, idxal və ixrac istiqamətində əməkdaşlıq haqqında ətraflı məlumat verib. Prezident İlham Əliyevin Çin Xalq Respublikaslba dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb və bu Bəyanatda Azərbaycan və Çin ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş də öz əksini tapıb.
Cənab Prezidentin müsahibədə qeyd etdiyi kimi: “Bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi”.“Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. İki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətni ikitərəfli əlaqələrin geniş təsvirini yaradır. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Müsahibədə Prezident İlham Əliyev nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın vacibliyinə də toxunub və Azərbaycanın Şərqlə Qərb arasında yüklərin daşınmasını təmin edən Orta Dəhliz layihəsində əsas rol oynaya biləcəyini deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və beynəlxalq tərəfdaşlığa yönəlmiş xarici siyasətini fəal şəkildə inkişaf etdirməkdə davam edir. Cənab Prezident Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə yönəlmiş sabit və çoxvektorlu xarici siyasətinin əhəmiyyətindən də söhbət açıb. Eyni zamanda, ölkəmizin beynəlxalq aləmdə uğurlu fəaliyyət göstərməsi üçün sabit daxili siyasətin və güclü iqtisadiyyatın vacibliyini diqqətə çatdırıb. Bu dost dövlətlər Qlobal Cənubun bir hissəsi kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını beynəlxalq platformalarda birlikdə müdafiə edir, ədalətli və çoxqütblü beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verir.
Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, Azərbaycan və Çin arasında mədəni və humanitar sahələrdə də əlaqələr getdikcə genişlənir. Xüsusilə vurğulamaq lazımdır ki, strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafı bəyan edilib. Bununla yanaşı, dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47

