Konstitusiyamızda insan amili
25.04.2025 [15:53]
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “İrriqator” ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Konstitusiyamızda insan amili” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Samir Məmmədov, digər işçilər və partiya fəalları iştirak edib.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirməyin ən böyük nailiyyət olduğunu və Azərbaycan xalqı üçün bu nailiyyətin hüquqi-siyasi, sosial-iqtisadi fundamentinin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırıldığını diqqətə çatdıraraq dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan konstitusiyamızın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlandığını bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi nailiyyətlərə imza atmaqda davam etdiyini qeyd edərək Azərbaycan Konstitusiyasının vətəndaşların gündəlik həyatındakı və ölkəmizin suverenliyinin möhkəmləndirilməsindəki rolu barədə, vətəndaşların konstitusiya ilə təsbit edilən hüquq və vəzifələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Çıxış edən İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Samir Məmmədov Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, imzalanan bu Sərəncamın ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə etdiyini, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilməli olduğunu qeyd edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

