Zərifə Əliyevanın xatirəsi daim dərin ehtiramla anılır
15.04.2025 [20:10]
Etibar Hacıyev,
YAP Ağstafa rayon təşkilatının sədri
Bəşəriyyətin ən qiymətli sərvəti olan xeyirxahlıq, həya və saflıq fani aləmdə əbədiyyəti, daimi mənəvi ucalığı təmin edir. Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyeva həyatı və əməlləri ilə hələ sağlığında müqəddəslik qazanmış bir şəxsiyyətdir. Onun malik olduğu və qazandığı nə varsa, Allah tərəfindən verilmiş nemətlərdir. Zərifə xanım əsl ziyalılığın genetik yaddaşına malik bir insan idi. Ziyalı zəkası onun bilik və təhsilində, ətrafına yaydığı işıqda, zəriflik, təmkin və nəcibliyində, insanlığa və insanlara sevgisində, sevimli peşəsinə və ailəsinə bağlılığında özünü göstərirdi.
Zərifə Əliyevanın fəaliyyəti geniş və zəngindir. Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə əsl ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanmışdır.
15 aprel Zərifə xanımın anım günüdür. Bu tarix təkcə bir itkinin xatırlanması deyil. Bu tarix bir ziyalının ömür salnaməsinin, fədakarlığının, vicdanla, məsuliyyətlə yaşanmış həyatın təkrar-təkrar vərəqlənməsidir. Bu gün biz Zərifə xanım Əliyevanı ehtiramla yad edirik.
Zərifə Əliyeva yalnız elmi tədqiqatçı, klinik həkim deyildi, o, həm də unikal pedaqoq idi. Azərbaycan Tibb İnstitutunda uzun illər çalışaraq gələcəyin oftalmoloqlarını hazırladı. Onun tələbələri bu gün dünyanın müxtəlif yerlərində insanlara nur bağışlayır, müəllimlərinin adını fəxrlə daşıyırlar. Zərifə xanımın yazdığı dərsliklər, monoqrafiyalar, elmi məqalələr – həkimlər üçün əsl yol xəritəsi oldu. “Terapevtik oftalmologiya” adlı fundamental əsəri bu gün də aktualdır. Elmin səliqəsi, sözün həssaslığı, insanlara xidmət istəyi bu kitabın hər səhifəsində duyulur. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, bir ixtira, 12 səmərələşdirici təklifin müəllifi olmuşdur.
Zərifə xanım yalnız elm adamı deyil, həm də örnək bir həyat yoldaşı, ana, qadın idi. Onun həyatında xüsusi yer tutan şəxs – Ümummilli lider Heydər Əliyev idi. Onlar uzun illər ərzində bir-birini tamamlayan, dəstəkləyən, anlayan bir cütlük kimi həyatın bütün mərhələlərindən birlikdə keçdilər. Zərifə xanımın zəngin mənəvi dünyası Heydər Əliyevin dövlətçilik fəaliyyətində də görünməz şəkildə iz qoyurdu.
Dövlətimizin başçısı qeyd etmişdir: “Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Onun bütün fəaliyyəti insan amilinə əsaslanırdı. O, həm yüksək peşəkar, həm də çox xeyirxah bir insan idi”.
Zərifə Əliyevanın anım günü sadəcə bir xatırlama günü deyil. Bu, həm də insani dəyərlərə, elmə və Vətənə xidmətə ehtiramın ifadəsidir. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə yaddaşlarda qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

