Azərbaycanın beynəlxalq siyasətdə mövqeyi güclənir
15.04.2025 [17:00]
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum bir daha göstərdi ki, Azərbaycan qlobal siyasi dialoqun fəal iştirakçısına çevrilməkdədir. Bu cür mötəbər tədbirlər ölkəmizin beynəlxalq aləmdə siyasi və intellektual mərkəz kimi rolunun artmasından xəbər verir. Cənab Prezident İlham Əliyevin forum çərçivəsində etdiyi çıxış yalnız Azərbaycanın xarici siyasət kursunun əsas konturlarını deyil, həm də dəyişən dünya düzənində ölkəmizin hansı mövqedə durduğunu və gələcək üçün necə bir vizyona sahib olduğunu nümayiş etdirdi. Dövlət başçısının fikirlərində çoxqütblü dünya nizamının formalaşdığı bir dönəmdə Azərbaycanın balanslı, prinsipial və milli maraqlara əsaslanan siyasətinin nə qədər rasional və uzaqgörən olduğu bir daha diqqətə çatdırıldı. Əsas vurğulanan məsələlərdən biri, əlbəttə ki, beynəlxalq hüququn pozulmasına qarşı Azərbaycan tərəfindən aparılan mübarizə və bu prosesdə əldə edilən uğurlar idi. Xüsusilə 2020-ci ildə Qarabağ münaqişəsinin hərbi-siyasi yollarla həll edilməsi və regionda yeni reallıqların yaranması fonunda, Prezident Əliyevin "ədalət və beynəlxalq hüquq əsasında nizamlanma" prinsipini daim ön planda tutması diqqətəlayiqdir. Bu, Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da müstəqil və etibarlı tərəfdaş imicini gücləndirir. Forum çərçivəsində qaldırılan məsələlər, xüsusilə beynəlxalq münasibətlərdə ikili standartların yaratdığı təhdidlər, qlobal güclər arasında rəqabətin və etimadsızlığın artması, həmçinin inkişaf etməkdə olan ölkələrin sistem daxilində öz mövqelərini tapmaq cəhdləri, Prezident Əliyevin çıxışında analitik şəkildə əks olundu. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın tutduğu yol — müstəqil, suveren qərarların verilməsi və heç bir blok və ya alyansa qoşulmadan milli maraqların müdafiəsi — bugünkü qeyri-müəyyən geosiyasi reallıqlarda ən doğru yanaşmalardan biridir. Cənab Prezidentin suallara cavabı çox məntiqli və real idi. Prezident Əliyeb onu da bildirdi ki, “Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik. Buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən. Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər”. Onu da deməliyəm ki, ADA Universiteti artıq neçənci ildir ki, bu cür strateji səviyyəli forumlara ev sahibliyi edir. Bu isə ölkəmizdə düşüncə liderlərinin yetişməsi, gənc beyinlərin qlobal trendlərlə tanış olması və Azərbaycanın siyasi mədəniyyətinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm addımdır. "Yeni dünya nizamına doğru" adlı forum isə məhz belə bir mərhələdə Azərbaycanın beynəlxalq siyasətdəki təşəbbüskarlığını nümayiş etdirdi. Nəticə etibarilə, forum həm Azərbaycanın qlobal siyasətdəki artan nüfuzunu, həm də Prezident İlham Əliyevin siyasi lider kimi dünya siyasətinə verdiyi strateji töhfələri bir daha ortaya qoydu. Bu, yalnız ölkə daxilində deyil, region və dünya səviyyəsində də Azərbaycanın gələcək rolunun daha da güclənəcəyinə işarədir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

