Qlobal sülh proseslərinə töhfə
11.04.2025 [19:39]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Bu gün yeni dünya nizamının formalaşması yalnız qlobal siyasi platformalarda müzakirə olunan məsələ statusundan çıxaraq, bütün beynəlxalq ictimaiyyəti, bəşəriyyəti düşündürən və narahat edən problemə çevrilib. Bu prosesin planetin müxtəlif bölgələrində silahlı münaqişələrlə müşayiət olunması, regional gərginliklərə rəvac verməsi ağır problemlərə yol açır. Aprelin 9-da ADA Universitetində ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda müzakirə olunan məsələlər də məhz bu problemlərə və onların həlli yollarının araşdırılmasına həsr olunub. Azərbaycan son bir neçə ildə qlobal sülhə mühüm töhfələr verən ölkələrdən biri kimi çıxış edir ki, bu da beynəlxalq ictimaiyyətin diqqətindən yayınmır. Eyni zamanda da bu gün Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkanda yerləşən ölkəmizin qlobal miqyasda rolu getdikcə artır.
Qeyd olunmalıdır ki, hazırda Cənubi Qafqazda sülh və sabitliyin əldə olunması artıq çoxdan regional əhəmiyyətli məsələ olmaqdan çıxıb. İndi bu göstərici həm Avropanın enerji təhlükəsizliyi üçün, həm də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin inkişafı üçün mühüm amilə çevrilib. Bu baxımdan da Azərbaycan-Ermənistan münasibətləri, sülh prosesinin hazırkı durumu Forumda müzakirə edilən məsələlərdən biri kimi tədbir iştirakçılarını ən çox maraqlandıran mövzulardan olub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, separatçılığın kökünü kəsdi, sərhədlərinin toxunulmazlığını təmin etdi və bu gün ilk növbədə məhz öz regionumuzda davamlı sülhə və inkişafa nail olmaq üçün ciddi şəkildə çalışır. Bununla belə, hadisələrin bundan sonra hansı məcrada inkişaf edəcəyi məhz Ermənistanın da yanaşmasından çox asılı olacaq. Ölkəmizin Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı gözləntiləri məlumdur. Əgər Ermənistan da sabitlik və inkişafda maraqlıdırsa, bunu Azərbaycanın irəli sürdüyü haqlı tələbləri qəbul edərək sülh sazişini imzalamaqla nümayiş etdirəcək.
Forumda müzakirə edilən mühüm məsələlərdən biri də Azərbaycanın qlobal miqyasda Yaxın Şərq bölgəsində də sülhün əldə olunmasına mühüm töhfələr verə biləcəyi ilə bağlı olub. Aydındır ki, Yaxın və Orta Şərq regionunda gərginliyin getdikcə artması qlobal miqyasda sülhü təhdid edən amillərdən biri kimi dünya ictimaiyyətini ciddi şəkildə narahat edir. O cümlədən Türkiyə ilə İsrail arasında yaşanan gərginliklər bu regionda sabitliyin əldə olunmasına əngəl törədən amil kimi çıxış edir. Bu baxımdan Azərbaycan həm Türkiyə, həm də İsraillə möhkəm dostluq əlqələri olan bir ölkə kimi bu gərginliyin aradan qaldırmasında önəmli rol oynaya bilər. Öz çıxışında bu məsələyə toxunan cənab Prezident xatırlatdı ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında məhz Azərbaycan vasitəçilik edib, bu ölkələrin mövqe yaxınlaşmalarında fəal rol oynayıb. Bu gün də Azərbaycan Türkiyə-İsrail münasibətlərinin normalaşmasında rol oynamaqla bütün Yaxın Şərqdə sülhün və sabitliyin əldə olunmasına əvəzsiz töhfə verə bilər.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

