Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yüksələn xətlə inkişaf edir
07.04.2025 [21:54]
Etibar Hacıyev,
YAP Ağstafa rayon təşkilatının sədri
Azərbaycan Avropa İttifaqı ilə yanaşı, quruma üzv dövlətlərlə də əlaqələrin yeni prioritetlər üzrə inkişafında maraqlıdır. Bu da Azərbaycanın xarici siyasətinin açıq və çoxşaxəli olmasından irəli gəlir. Qarşılıqlı səfərlər, səfər çərçivəsində günümüzün aktual məsələləri ətrafında aparılan müzakirələr, imzalanan sənədlər bu əməkdaşlığın daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin dövlət başçısı İlham Əliyevin dəvəti ilə aprelin 2-də ölkəmizə səfəri iki ölkə arasında münasibətlərin dünəninə və bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin açıqlanmasında əhəmiyyətli rol oynadı. Hər bir səfər münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır.
Əməkdaşlıqda iqtisadi amil əsasdır. Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr aydındır. Ölkəmizin malik olduğu təbii tesurslardan səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsini şərtləndirdi. Artıq 10-u Avropa ölkəsi olmaqla, ümumilikdə 12 ölkə Azərbaycan qazı ilə təchiz olunur. Bu, ölkəmizin uğurlu enerji strategiyasının göstəricisidir. Dövlət başçısı İlham Əliyev Almaniya Prezidenti ilə birgə mətbuata bəyanatında da bu məqamı xüsusi qeyd etdi. Bildirdi ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində. Azərbaycanın çox böyük proqramı, planları var. Xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik. Bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.
Onu da qeyd edək ki, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu əsasında bu əlaqələr daha da genişlənir. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, bu sahəyə investisiyaların yatırılmasıdır. Azərbaycanın ötən il COP29 iqlim konfransına ev sahibliyi sözügedən səfər çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatda əsas müzakirə mövzusu oldu. Cənab İlham Əliyev vurğuladı ki, bu istiqamət üzrə də Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.
Azərbaycan-Almaniya əlaqələri ölkələrimizlə yanaşı, bütövlükdə Cənubi Qafqaz regionu üçün çox böyük əhəmiyyət daşıyır. Regionun lider dövləti, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi böyük nüfuza malik Azərbaycan ilə əməkdaşlıq Almaniya üçün xüsusi önəmə malikdir. Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Məhz Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsi üzrə danışıqlara başlanılıb və sənədin mətni tam razılaşdırılıb. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında da bu məsələyə xüsusi diqqət yönəltdi.
Göründüyü kimi, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir.
Xəbər lenti
Hamısına baxİdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19

