Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq, mühüm perspektivlər vəd edir
07.04.2025 [10:13]
Afiq Taranlı,
Yeni Azərvbaycan Partiyası İmişli rayon təşkilatının mühasibi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda keçirdikləri görüş, Azərbaycan-Almaniya münasibətlərinin gələcəyi və bu əlaqələrin müxtəlif sahələrdə necə inkişaf edə biləcəyinə dair mühüm istiqamətləri ortaya qoydu. Görüşün əhəmiyyəti yalnız iki ölkə arasında mövcud olan əməkdaşlığı möhkəmləndirməkdə deyil, həm də regional və beynəlxalq məsələlərdə birgə fəaliyyətin genişlənməsi baxımından önəm daşıyır. Almaniya ilə əməkdaşlığın strateji əhəmiyyəti, Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun və Almaniyanın bu prosesdəki rolunun daha da artmasına gətirib çıxaracaq. Eyni zamanda, bu əməkdaşlıq, Cənubi Qafqazda sabitliyin və beynəlxalq münasibətlərdəki müsbət dinamikanın təmin olunmasında mühüm rol oynayacaqdır.
Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin əsası 1992-ci ildən qoyulmuşdur. Belə ki, Almaniya 1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanımış və tərəflər arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixindən başlayaraq formalaşmışdır. Ötən illər ərzində dövlətlər arasında qarşılıqlı maraqlar əsasında siyasi dialoq güclənmişdir.
Almaniya Avropanın ən güclü sənaye dövlətlərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi iri nəqliyyat layihələri Almaniya üçün olduqca böyük əhəmiyyət kəsb edir. Berlinin Mərkəzi Asiya və Çin bazarlarına çıxışı Azərbaycanın sayəsində daha da asanlaşa bilər.
Azərbaycan ilə Almaniya arasındakı humanitar əlaqələr hər zaman güclü olub. Güclü təhsil sisteminə malik olan Almaniya tarixən azərbaycanlı tələbələrin, elm xadimlərinin üz tutduqları əsas ölkələrdən biri olub. Avropa İttifaqının aparıcı dövləti olan Almaniya Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və reallığı düzgün qiymətləndirir. Berlin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının, sülhün tərəfdarıdır. Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər. Qeyd edim ki, Azərbaycanın Bakı və Sumqayıt şəhərləri ilə Almaniyanın Maynts və Lüdviqshafen şəhərləri “qardaşlaşmış şəhərlər” elan olunub. Bu il Sumqayıtla Lüdviqshafen şəhərlərini arasındakı dostluq əlaqələrinin 38 illiyi tamam olur. Bütün bunlar göstərir ki, bütün fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan və Almaniya münasibətləri ildən ilə güclənir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də regionumuzun inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyətə malikdir. Güclənən Azərbaycan bundan sonra da Avropa üçün hələ uzun illər əhəmiyyətli tərəfdaş olacaq.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

