YAP Zəngilan rayon təşkilatının 31 illiyi qeyd olundu
04.04.2025 [17:13]
Aprelin 4 -də Zəngilan rayonunun Ağalı kəndində Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının 31-ci ildönümü münasibəti ilə “Qəhrəman xalqın şanlı partiyası-YAP” adlı tədbir təşkil olunub.
Tədbirdə rayon təşkilatının sədri Natiq Quluzadə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşları Ceyhun Həsənov, Cahid Mövlayev, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov, Ağalı kənd tam orta məktəbinin direktoru Azər Niftəliyev, rayon ziyalıları, şəhid ailələri, qazilər və partiya fəalları iştirak ediblər.
İlk olaraq Şəhidlər Xiyabanı və Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olundu.
Rayon təşkilatının sədri Natiq Quluzadə giriş nitqi ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının tarix ərzində əldə etdiyi uğurları və gələcək hədəfləri ilə xalqımızın birliyini və gücünü təmsil edən rəqibsiz bir siyasi təşkilat olaraq, ölkəmizin inkişafı naminə fəaliyyətini hər zaman uğurla davam etdirəcəkdir. O qeyd edib ki, partiya Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyaları əsasında qurulmuşdur və onun əsas prinsipləri milli həmrəylik, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu ideyaların Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafına əsas yaratmış, gələcək nəsillərə daha güclü, daha firavan bir Azərbaycan təqdim etmək məqsədini həyatımıza gətirmişdir.
Sədr əlavə edib ki, rayon təşkilatımız partiyamızın ən fəal qollarından biri olaraq partiyanın ideya və məqsədlərini yerli səviyyədə həyata keçirərək uğurlu fəaliyyət qurub. O qeyd edib ki, Zəngilan rayonunun yenidən qurulması və Ağalı kəndinin inkişafı partiyamızın uğurlu fəaliyyətinin bariz nümunəsidir və 31-ci ildönümü münasibəti ilə rayon təşkilatının üzvlərini təbrik edərək partiyanın fəaliyyətinə uğurlar arzulayıb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin məsul əməkdaşı Ceyhun Həsənov, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev və digərləri çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıblar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını, bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını, Ağalı kəndinin bu tədbirə ev sahibliyi etməsinin tarixi əhəmiyyətini də xüsusi vurğulayıblar. Onlar, həmçinin, rayon təşkilatının yaranmasının 31 illliyi ilə əlaqədar öz səmimi təbriklərini çatdıraraq bu əlamətdar günün əhəmiyyətini qeyd etdilər.
Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, eləcə də rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına Fəxri Fərman təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

