Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Yay məktəbi”ndə gənclər öz layihələrini təqdim ediblər

“Yay məktəbi”ndə gənclər öz layihələrini təqdim ediblər

17.07.2013 [11:11]

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi “Gələcəyin Liderləri” “Yay məktəbi”nin III Oğuz turunun üçüncü gününündə gənc siyasətçilər hazırladıqları layihələrin təqdimatını keçiriblər. SİA-nın xəbərinə görə, “Birlik” komandası “Respublikada mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin yayılması və onun qarşısının alınması” layihəsini, “Komanda - 2” komandası “Sərhədyanı regionlarda gənclərin məşğulluq problemlərinin araşdırılması və təkliflərin hazırlanması (Quba-Xaçmaz iqtisadi rayonu üzrə)” layihəsini, “Eldorado” komandası “Ekoloji layihə çempionatı” layihəsini, “Cəmiyyət” komandası “Məhbusların cəza çəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiyası və inteqrasiyası” layihəsini, “AFAY” komandası isə “Mühəndis həyatı” layihəsini təqdim edib.
Qalib komandalar münsiflərin qərarı ilə müəyyənləşib. Belə ki, I yerə “Cəmiyyət” komandası, II yerə “Eldorado” komandası, III yerə isə “AFAY” komandası layiq görülüb.
Həmçinin 7 gənc siyasətçi arasında keçirilən stolüstü tenis yarışmasında Sabirabad rayon YAP təşkilatının üzvü Taleh Kərimov qalib olub.
Qeyd edək ki, günün sonunda Oğuz gənclərindən ibarət futbol komandası ilə “Yay məktəbi”nin iştirakçıları arasında futbol üzrə yoldaşlıq görüşü keçirib.

Paylaş:
Baxılıb: 1242 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31