Tarixin amansız faciəsi
01.04.2025 [22:54]
Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, hər il Azərbaycanda rəsmi olaraq qeyd edilən bir anım günüdür. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilmişdir.
1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və «Daşnaksütyun» partiyasına bağlı erməni silahlı dəstələri Bakıda və Azərbaycanın digər bölgələrində minlərlə günahsız azərbaycanlını qətlə yetirmişdir. Bu hadisələr xüsusi amansızlıqla həyata keçirilmiş, şəhərlər və kəndlər yandırılmış, mülki əhali, o cümlədən qadınlar, uşaqlar və yaşlı insanlar kütləvi şəkildə qətlə yetirilmişdir.
Soyqırımın əsas mərkəzlərindən biri Bakı şəhəri olmuşdur. 1918-ci ilin mart ayında burada erməni silahlı birləşmələri dinc azərbaycanlı əhalini hədəf alaraq kütləvi şəkildə məhv etmişdir. Quba, Şamaxı, Qərbi Azərbaycan əraziləri (indiki Ermənistan) və digər bölgələrdə də eyni faciəvi hadisələr baş vermişdir. Quba şəhərində aparılan arxeoloji qazıntılar zamanı kütləvi məzarlıqlar aşkarlanmış və bu, ermənilərin törətdiyi qətliamın tarixi sübutlarından biri olmuşdur.
Erməni silahlı dəstələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı xüsusi qəddarlıqla törədilmiş cinayətlər insanlıq əleyhinə aktlar kimi qiymətləndirilir. 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər bölgələrdə evlər yandırılmış, ailələr bütövlükdə məhv edilmiş, məscidlər və tarixi abidələr dağıdılmışdır. Şamaxıda minlərlə insan öldürülmüş, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Gəncədən Lənkərana qədər olan ərazilərdə də eyni cinayətlər törədilmişdir.
Quba bölgəsində aparılan tədqiqatlar zamanı tapılan kütləvi məzarlıqlar erməni silahlı qüvvələrinin törətdiyi qırğınların açıq-aşkar sübutudur. Burada müxtəlif etnik qrupların, o cümlədən azərbaycanlıların və ləzgilərin qətlə yetirildiyi müəyyən edilmişdir.
Azərbaycan dövləti 31 Mart soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımlar atır. Bu gün ölkə daxilində və xaricdə müxtəlif tədbirlər keçirilir, elmi konfranslar təşkil olunur və sənədlər üzərində araşdırmalar aparılır.
Bu faciənin unudulmaması, Azərbaycan xalqına qarşı törədilmiş tarixi ədalətsizliyin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərə bu hadisələrin doğru şəkildə ötürülməsi mühüm vəzifələrdən biridir. 31 Mart Azərbaycanlıların Soyqırımı həm də ölkəmizdə yaşayan xalqların erməni vandalizminə qarşı birgə mübarizəsini vacib edir.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Bu gün biz, soyqırım qurbanlarını yad etməklə yanaşı, tarixi həqiqətlərin dünyaya çatdırılmasına və belə faciələrin bir daha təkrarlanmamasına yol verməməliyik. Azərbaycan xalqı öz tarixi keçmişini unutmayaraq, həqiqət və ədalət uğrunda mübarizəsini davam etdirir və bundan sonra da etdirməlidir.
Xüsüsilə tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha təkrarlanmaması üçün cinayətkarlar cəzalarını almalıdırlar. Necə ki, İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ermənilər cəzalarını nəinki aldılar, hətta bir ölkə kimi darmadağın oldular. Bu gün də Ermənistan öz üzərində Azərbaycan dövlətinin dəmir yumruğunu hiss edir. Məhz güclü Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri ilə ermənilərə elə bir sarsıdıcı zərbə vurdu ki, bu onlara həm xəcalətverici məğlubiyyət gətirdi, həm də soyqırıma məruz qalan soydaşlarımızın ruhları şad oldu.
Xalqımız hər il 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir. Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə dövlətimiz dünya miqyasında bu soyqırımının tanıdılması istiqamətində geniş həcmli işlər həyata keçirirlər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

