Azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlər
01.04.2025 [20:52]
Sahib Şükürov,
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Kiçik düşüncələri ilə “Dənizdən dənizə böyük Ermənistan” yaratmaq xülyasıyla yaşayan erməni millətçiləri tarix boyu Azərbaycan xalqına qarşı soyqırımlar törətmiş, işğalçılıq siyasəti aparmışlar. Bu soyqırımların ən dəhşətlisi 1918-ci ilin martında törədilmişdir.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində eləcədə Şamaxı,Göyçay, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı Soyqrım hadisəsi törətmiş, bu qanlı hadisə nəticəsində Bakıda 12 min soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan, Göyçay qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.
Xalqın istək, arzu və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli lideri Heydər Əliyev ermənilərin törətdiyi Soyqırıma prinsipial yanaşma nümayiş etdirmişdir. Məhz Ulu öndər Heydər Əliyev törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət vermişdir. “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı bunun bariz nümunəsidir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya ictimaiyyətinin diqqətinə çatdrılması istiqamətində mühüm işlər başladılmış, bugün də bu proses Prezident cənab İlham Əliyevin rəhbərliyi davam etdirirlir. Ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri soyqırımlar, cinayətlər, vandalizm aktları faktlarla beynəlxalq aləmin diqqətinə çatdırırlır, bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Təbii ki, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun da soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən mühüm layihələr olduqca əhəmiyyətlidir.
Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların gələcək nəsillərin yaddaşından silinməməsi məqsədilə ölkədə faciələrimizi əks etdirən abidələr ucalır. Tariximizi unutmamaq məqsədilə bu gün doğma Göyçayımızda da “Azərbaycanlıların soyqırımı” abidə kompleksi yaradılmış və kompleksdə həm 31 Mart-Azərbaycanlıların soyqırımı və həm də 26 fevral Xocalı soyqırımı günlərində baş vermiş faciənin fotoları, hadisə qurbanlarının, şəhidlərin, yaralanmış insanların sayı barədə qısa məlumat öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazanaraq bütün şəhidlərimizin, o cümlədən 31 mart soyqrımında qətlə yetirilmiş şəhidlərimizin də qisasını almış oldu .
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

