Dünya Azərbaycanlıları yüksək əhvali-ruhiyyə ilə Novruz bayramını qeyd edirlər
17.03.2025 [17:14]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Xalqının, dövlətinin milli maraqlarını müdafiə edən Ümummilli Liderin “Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın” arzusu bu gün reallığa çevrilib. Azərbaycan xalqı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruzu öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edir. Milli-mənəvi dəyərləri özündə birləşdirən həmrəylik bayramının tonqalları Ulu Öndərin vəsiyyət etdiyi kimi, Azərbaycanın cənnət diyarı olan Qarabağımızın hər guşəsində, Şuşada, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, işğaldan azad edilmiş torpaqlarda Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, milli maraqlara xidmət edən siyasəti nəticəsində Novruz tonqalları alovlandırılır.
20 mart 2021-ci ildə Şuşada, Cıdır düzündə Müzəffər Prezidentimiz cənab İlham Əliyev xalqımızı təbrik edərkən qeyd etdi ki, bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.” Ali Baş Komandan İlham Əliyevin qələbə nidalarına köklənən bu sözlər xalqımızın xoş arzu və niyyətlərini birə-beş artırdı.
Təsadüfi deyil ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını dünyanın harasında yaşamalarından asılı olmayaraq öz Vətənlərinə bağlı dünya Azərbaycanlıları böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır. Azərbaycan xalqı fəxr edir ki, Cıdır düzündə, Xankəndində alovlandırılan Novruz tonqalları qalib ölkəmizin vətəndaşlarının xoş arzularının carçısına cevrilib.
Azərbaycan xalqı artıq beş ildir dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruzu öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edir.
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik”. “Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın”. Ulu öndər Heydər Əliyevin bu arzusu, diləyi reallığa çevrilib. 2020-ci il noyabrın 8-dən bu yana olan hər gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Şuşa, biz səni dirçəldəcəyik” nidalarına köklənən Azərbaycan xalqı müasir tariximizin şərəf dolu qəhrəmanlıq salnaməsi ilə qürur duyur. Ölkə Prezidentimizin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda da bayram tonqalları çatılır, Novruz bayramı qeyd edilir. 2021-ci ildə Qarabağın döyünən qəlbində – Şuşada, 20 mart 2022-ci ildə Suqovuşanda, 18 mart 2023-cü ildə Talışda, 18 mart 2024-cü ildə Xankəndində bayram tonqal çatıldı.
“Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub”- deyərək, Ulu öndər Heydər Əliyevin dəyərləndirdiyi, əbədiləşdirdiyi milli ruhumuzun tərcümanı olan Novruz bayramı sevincini yaşayır Azərbaycan xalqı.
Xalqımızın keçib gəldiyi tarixi yolu, minilliklərlə formalaşmış bir çox ənənələrimizi ruhunda yaşadan bu bayram Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Novruz bayramı UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilmiş, 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını dünyanın harasında yaşamalarından asılı olmayaraq öz Vətənlərinə bağlı dünya Azərbaycanlıları böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır. Bu il də əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

