Novruz ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir
17.03.2025 [17:00]
Etibar Hacıyev,
YAP Ağstafa rayon təşkilatının sədri
Bu gün bayramlarımızı Zəfər ruhunda qeyd edirik. 2020-ci ilə qədər olan dövrdə bayramlarda, o cümlədən Novruzda xalqımızın ən böyük istəyi, arzusu bu olurdu ki, işğal altında olan torpaqlarımız yağı düşməndən azad edilsin, bu torpaqlarda bayram tonqalları alovlansın. Xalqımız tam əmin idi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində artıq tarixə qovuşan Qarabağ münaqişi öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Qarabağımız cənnət məkana çevriləcək. 2020-ci il tariximizə Qələbə ili kimi yazıldı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın dünyaya nümunə olan dəmir yumruq kimi birliyinin, həmrəyliyinin sayəsində 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, xalqımızın torpaqlarımıza qovuşmaq istəyi reallığa çevrildi. Şanlı Qələbəmiz növbəti Zəfərə yol açdı. 2023-cü ilin sentyabrında rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldı. Tarixi Zəfərimizdən ötən dövr ərzində dövlət başçısı İlham Əliyev Novruz tonqalını işğaldan azad edilmiş ərazilərimizdə alovlandırır, bu məkanlardan çağırışlar edir. Ötən il Novruz tonqalını Xankəndi şəhərində Zəfər meydanında alovlandıran Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məkandan bir daha bəyan etdi ki, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq. Həmçinin bu çağırış da bəyan edildi ki, biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Azərbaycan xalqının məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya təqdim edən şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirdi. Son beş ildə xalqımız, birlik, həmrəylik, ruzi-bərəkət bayramı olan Novruzu xoş ovqatda qeyd edir, arzularımız yeniləri ilə əvəzlənərək soydaşlarımızın Böyük Qayıdışının gerçəkləşməsi fonunda Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın biri-birindən möhtəşəm uğurlara imza atacağına əminlik ifadə edilir.
Bu gün xalqımız sevinclidir. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli Bayrağımız dalğalanır, Novruz tonqalları alovlandırılır. 30 ilə yaxın dövrdə düşmən tapdağı altında qalan torpaqlarımız rahat nəfəs alır, yazın gəlişini duyur, sahibinə qovuşduğu üçün özünü qürurlu hiss edərək Novruzun bütün ənənələrini sevinclə qeyd edir. Bu gün bu torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Əminik ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab-havası ilə həmahəng olub birlik və həmrəylik nümayiş etdirəcək, Böyük Qayıdışı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirərək Qarabağımızı, Şərqi Zəngəzurumuzu beynəlxalq turizm məkanına çevrəcəyik. Hər bir xalq, millət öz milli-mənəvi dəyərləri, adət-ənənələri ilə tanınır. Azərbaycan xalqı öz dəyərlərini qoruyan, inkişaf etdirən, gələcək nəsillərə çatdıran xalq kimi nüfuz qazanıb. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

