Hər Vətən Şəhidinin haqqı var boynumuzda
17.03.2025 [09:42]
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və “Orion-E” ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Hər Vətən Şəhidinin haqqı var boynumuzda” adlı aksiya keçirilib. 15-16 mart tarixlərində keçirilən aksiya çərçivəsində İmişli rayonundan Aprel döyüşləri, Vətən müharibəsi və Antiterror əməliyyatları zamanı şəhid olan 53 qəhrəmanımızın hər birinin ailələri ziyarət edilərək bayram sovqatı paylanılıb. Hər bir şəhid ailəsi ilə görüşən Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad edərək bildirib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən qazanılan Böyük Zəfər 30 ildən artıq davam edən ədalətsizliyə son qoydu. Şəhid valideynləri ilə görüşdə Səfa Ağayev qeyd edib ki, bugün şəhid ailələrinə, şəhid övladlarına münasibət elə bir səviyyəyə gəlib çatıb ki, indi Azərbaycan xalqının hər bir üzvü onları öz ailəsindən hesab edir, hər bir şəhidi öz evimizdən getmiş kimi sayırıq. Gedənlər hamısı evimizdən, ölkəmizdən, millətimizdən gedib. Biz nə qədər çalışsaq da, etdiklərimiz onların xidmətlərinin bir faizi də ola bilməz. Gələcəkdə bu ailələrdə böyüyən uşaqların hər biri Azərbaycan xalqı üçün qürur yarada biləcək hadisələrin müəllifləri olacaqlar.
Ziyarət zamanı “Orion-E” ərazi partiya təşkilatının fəalı Anar Cabbarlı bildirib ki, ölkə rəhbərliyi hər zaman şəhid ailələrinə qayğı ilə yanaşır. Biz də “Orion-E” ərazi partiya təşkilatı olaraq özümüzə borc bildik ki, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının rəhbərliyi ilə birgə şəhid ailələrini ziyarət edərək, bayramlarını təbrik edək. Hər bir vətəndaşın borcudur ki, şəhidləri yad etsin, ailələrini ziyarət eləsin. Şəhid hər zaman dövlətin və tanrının ən yüksək məqamındadır, biz daimi onları xatırlayırıq. Şəhidlər başımız üstündədir, hər zaman qəlbimizdədir.
Ziyarətdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

