Xalqımızın əziz bayramı
14.03.2025 [19:49]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Novruz bayramının xalqımızın tarixində, adət-ənənəsində özünəməxsus yeri və rolu vardır. Norvuz bayramının qeyd olunması hamımız üçün maraqlıdır. Xalq əsrlər boyu bunu qoruyub saxlayaraq bu günə çatdırıb, yoxsa min illərdən bu günə kimi heç bir bayram gəlib çata bilməzdi. Azərbaycan dövləti tərəfindən Novruz bayramının yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. Hər il rəsmi səviyyədə ölkəmizdə bayram şənlikləri, müxtəlif tədbirlər təşkil edilir. Eyni zamanda dövlətimiz tərəfindən Novruz bayramının beynəlxalq aləmdə tanınması istiqamətində atılan addımlar effekt verib.
SSRİ-nin tərkibində olduğumuz tarixi dövr ərzində zaman-zaman Novruz bayramının milli bayram kimi qeyd olunması qadağan olunmuşdu. Müstəqillik əldə etdikdən sonra Novruz bayramını milli bayram kimi qeyd etməyə başladıq. XX əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımız ermənilər tərəfindən işğal edildikdən sonra xalqımızın ən böyük arzularından biri Novruz bayramını doğma torpaqlarımızda qeyd etmək idi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ulu Öndər Heydər Əliyev demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.
Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.Əsrlər boyu Novruz bayramı, Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsində də xüsusi coşqunluqla qeyd edilib. Novruza qədər çillə çıxarmaq, çərşənbələr, səməni cücərtmə, yumurta döyüşdürmə, yumurta boyama, papaqatdı, Novruz falları və s. mərasimlər bu gün də özünəməxsus şəkildə yaşadılır.
Bu mərasimlər içərisində bir növ tamaşa səviyyəsində dramaturji xəttə malik olanları da var. Bu mənada, Qarabağın mədəniyyət beşiyi olan Şuşa daim seçilib. Məsələn, Şuşada bayrama hələ bir ay qalmış çillə çıxarırlar, ay ərzində gecələr çalğı-rəqslər ilə keçərmiş. Xalq köhnə ilin kəsalətindən qurtulub, təzə ilə daxil olmaqla qış çillələrindən (çilə) yaxa qurtarmağa çalışarmış. Çilləyə hazırlıq məqsədilə əvvəlcədən məhəllələrdəki böyük evlərin zalları tutulur, döşənir, iştirak edəcək şəxslərin siyahısı hazırlanır, xüsusi musiqi dəstəsi çağırılır, meyvə, şirni, şam və s. ibarət xonçalar düzülürdü. Toylardakı kimi xonçanın başında “xan” dayanır, lakin verdiyi əmrlər, cəzalar daha yüngül olurdu.Yaranışı simvolizə edən yumurta Novruz bayramı adət-ənənələrində tez-tez sınanır və bu mənada Qarabağ bölgəsində də onunla bağlı maraqlı rituallar var.
Novruz bayramı ilə əlaqədar Prezident İlham Əliyevin ailə üzvləri ilə işğaldan azad olunan rayonlara belə səfərləri, öncəliklə şəhidlərimizin ruhuna olan hörmətdir. Cənab Prezidentin qeyd etdiyi kimi, məhz şəhidlərimizin sayəsindən xalqımız bu torpaqlarda bayram şənliyi edir. Belə bayram şənliklərinin işğaldan azad olunan ərazilərdə qeyd edilməsi, eyni zamanda Böyük Qayıdış prosesini daha da sürətləndirir.
Bu gün Novruz bayramı xalqımızın ən əziz, milli bayramı kimi yüksək səviyyədə qeyd olunur. Ən əsası isə təkcə respublikamızın bölgələrində deyil, işğaldan azad edilən torpaqlarımızda Novruz tonqalları alovlanır, bayram əhval-ruhiyyəsi yaşanır. Bu xoşbəxt anlara görə xalq olaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Şəhidlərimizə, qazilərimizə bir ömür boyu borcluyuq.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50

