Avropa Azərbaycan qazına ehtiyac duyur
12.03.2025 [17:01]
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparılır. Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter almaqdadır. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın qısa müddət ərzində ölkəmizə ikinci dəfə səfəri bunun əyani sübutudur. Martın 11-də mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan və Şimali Makedoniya əlaqələrindən bəhs edərkən bildirdi ki, siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ölkə başçısı Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi səfərindən və nümayəndə heyətlərinin təmaslarından sonra bu boşluğun aradan qaldırılacağına ümidvar olduğunu bildirdi.
Mətbuata bəyanatında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verib, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə ölkəmiz lazım olan həcmdə qaz təchizatını artıra bilər. Çünki Azərbaycan bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini vurğuladı. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, ölkəmizin istehsalı bundan daha çoxdur. Çünki yerli tələbat da ödənilir. Bütün bunlarla yanaşı əhatə dairəsinin, qaz təchizatı coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir.
“Avropa Azərbaycan qazına ehtiyac duyur” - deyə qeyd edən Prezident İlham Əliyev üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin bunun əyani təzahürü olduğunu xatırlatdı. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz Avropadakı tərəfdaşlarının xahişlərinə hər zaman böyük diqqətlə yanaşır.
Prezident İlham Əliyev mətbuata bəyanatında energetika sahəsində Azərbaycan və Şimali Makedoniya ikitərəfli formatında əməkdaşlığın ölkəmiz üçün çox önəmli olduğunu və bu praktiki əməkdaşlığın digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracağını xüsusilə qeyd etdi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

