Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Yay məktəbi”nə start verilib
02.07.2013 [02:41]
Hər il olduğu kimi bu il də “Yay məktəbi” ölkəmizin gözəl guşələrində təşkil edilir
Məlum olduğu kimi Azərbaycanda gənclərə diqqət və qayğı dövlətin siyasətində prioritet istiqamətlərdəndir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirən Prezident İlham Əliyev bildirir ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır.
Yeri gəlmişkən, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini gənclərin təşkil etməsi də onlara olan diqqət və qayğıdan qaynaqlanır. Gənclərin partiyaya axını onların Heydər Əliyev ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etməklə yanaşı, bir daha bu reallığı da təsdiqləyir ki, gənclər YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük meydan görürlər. Məlum olduğu kimi, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumiyyətlə ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək yerinə düşər. Sözügedən layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Onu da vurğulamaq yerinə düşər ki, artıq iyunun 30-dan YAP Gənclər Birliyinin gənclər üçün təşkil etdiyi “Yay məktəbi”nə start verilib. Hər il olduğu kimi, bu il də “Yay məktəbi” ölkəmizin gözəl guşələrində - Oğuz və Masallıda təşkil edilir. Beləliklə, iyunun 30-dan iyulun 5-dək davam edəcək məktəb çərçivəsində 100-ə yaxın fəal gənc Oğuz rayonunda olacaq.
Yeri gəlmişkən, iyunun 30-da Oğuz rayonunda “Yay məktəbi”nin açılışı olub. Rayonla ümumi tanışlıqdan sonra gənclərlə görüşlər keçirilib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qrup rəhbəri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən bəhs edib. Bu fikir xüsusi qeyd olunub ki, gənclərimiz onlara yaradılan şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar.
V.Rəhimzadə “Yay məktəbi”nin əhəmiyyətindən, gənclərin intellektual səviyyəsinin artırılmasına, onlar arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərməsindən danışıb.
İyulun 1-də isə layihə çərçivəsində “Gənclərin seçki hazırlığı- seçki prosesi” mövzusunda təqdimat keçirilib. Təqdimatda gənclərə seçki prosesinin əhəmiyyəti, ölkənin inkişafında, tərəqqisində rolu barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin demokratikliyini, şəffaflığını, dünya standartlarına uyğun keçirilməsini təmin etmək üçün mühüm addımlar atılır. Daim yeniliyə, müasirliyə maraq göstərən Azərbaycan dövlətinin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə çalışması da seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu təsdiqləyir.
Təqdimatda gənclərin seçki proseslərində fəallığı geniş müzakirə olunub. Qeyd edilib ki, zaman dəyişir, hər bir dövrün öz tələbləri, öz çağırışları var. Təbii ki, yeniləşmə insanların düşüncələrində də özünü qabarıq şəkildə büruzə verir. Yeniliyi, müasirliyi yüksək dəyərləndirən Azərbaycan gəncləri seçkilərin yüksək fəallıq şəraitində keçməsi üçün ciddi səylər göstərir, ən layiqli namizədin qələbəsini təmin etmək üçün öz seçki hüquqlarından səmərəli istifadə edərək ona dəstək olurlar.
Təqdimatda çıxış edən gənclər bu fikri dəfələrlə qeyd ediblər ki, gənclərimiz Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər və Onun yenidən Prezident seçilməsinə dəstək olacaqlar. Nəinki Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvünün, ümumilikdə xalqımızın böyük əksəriyyətinin yeganə namizədi olan cənab İlham Əliyevin seçkilərdə qələbəsi şəksizdir. Bu inama əsas verən amil isə dövlət başçısı İlham Əliyevin son 10 ildə gördüyü işlər, Azərbaycanın uğurlarıdır.
İyulun 1-də “Yay məktəbi” çərçivəsində müxtəlif növ idman yarışları da təşkil olunub. Təbii ki, bu oyunların keçirilməsində də əsas məqsəd gənclərin hərtərəfli inkişafını təmin etməkdir. İdman sağlamlıqdır. Azərbaycan gənclərinin sağlam böyüməsi hər zaman diqqət göstərilən məsələlərdəndir.
“Yay məktəbi”nin ikinci günü komandaların təyin edilməsi ilə başa çatıb.
Təbii ki, hər gün gənclərin həyatında özəlliyi ilə fərqlənir. Bu özəlliyə səbəb onlar üçün yaradılan şəraitdir. Gənclər həm öz biliklərini artırır, eyni zamanda, müxtəlif mövzular ətrafında aparılan diskussiyalar zamanı bir-birlərini daha yaxından tanımaqla, əlaqələrin qurulmasına və inkişafına nail olurlar. Bir sözlə, “Yay məktəbi” gənclər üçün həm təcrübə, həm də bilik mənbəyidir.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37

