Azərbaycan ilə Pakistan hər zaman birgə addımlayır
27.02.2025 [13:46]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan Respublikasının xarici siyasətində Türkiyə Cümhuriyyəti kimi Pakistan İslam Respublikasının da xüsusi yeri və əhəmiyyəti vardır. Qardaşlıq telləri ilə bir-birinə sıx bağlanan xalqlarımızın və dövlətlərimizin həmrəyliyi və birliyi tarixin sınaqlarından çıxmışdır. Bu birlik günümüzün yüksək təqdirəlayiq gerçəkliyi və gələcək qarşılıqlı əlaqələrimizin daha da genişlənməsinin etibarlı təminatıdır.
Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti seçiləndən sonra ölkəmizin xarici siyasətində Pakistanla dostluq münasibətlərinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verirdi. Möhkəm və etibarlı təməli Prezident Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan münasibətlərini Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günündən diqqət mərkəzində tutaraq, bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün ardıcıl siyasət həyata keçirməyə başladı.
Xüsusilə vurğulanmalıdır ki, cari ilin fevral ayının 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfəri ikitərəfli münasibətləri dəyişdirəcək dönüş nöqtəsi kimi tarixə düşdü. Pakistanın Baş nazirinin təbirincə desək, bu səfər qardaşlıq əlaqələrində həlledici məqam və iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün xəbərçisi oldu. Bundan başqa imzalanmış sənədlərin Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Qeyd olunduğu kimi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var və tərəflər ciddi şəkildə qarşılıqlı fəaliyyətin artırılmasına daha da təkan verəcək.
Azərbaycan və Pakistan münasibətlərini qarşılıqlı dəstək, səmimiyyət və hörmət üzərində qurmuş iki dost, qardaş dövlətdir. Bu gün tərəflər bütün sahələrdə - siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəni sahələrdə əlaqələri gücləndirirlər. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir.
Beynəlxalq əməkdaşlığın təşviqi və qlobal tərəfdaşlığın möhkəmləndirilməsində diplomatik münasibətlər əsas rol oynayır. Bu baxımdan, Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələrin qurulması sonrakı mərhələlərdə iki ölkə arasında əməkdaşlığın inkişafına şərait yaratmışdır. Azərbaycanda səfirliyini açmış ilk dövlətlərdən biri olan Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzünə hər zaman birmənalı münasibət bildirmiş, erməni işğalına etiraz əlaməti olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mənafeyini müdafiə etmişdir.
Ümumilikdə götürsək, Azərbaycan ilə Pakistanın hər zaman birgə addımlaması, iki dost dövlət arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi ölkələrimizin inkişafına, xalqlarımızın rifahına böyük töhfələr verəcək, eləcə də, regionda və dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcəkdir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

