Tərəfdaşlıq daha da gücləndiriləcək
27.02.2025 [13:38]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumdur ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz və xalqlarımız arasında artıq uzun müddətdir ki, dərin tarixi, mədəni və dini köklər əsasında qurulmuş möhkəm dostluq əlaqələri, çoxşaxəli münasibətlər mövcuddur. Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri budur ki, Pakistan istər işğal dövründə, istərsə də Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsi zamanı hər zaman ölkəmizə güclü siyasi dəstək göstərib. Həmçinin Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Bu gün Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir və hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Fevral ayının 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana etdiyi rəsmi səfəri isə bu əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə yeni təkan verəcək.
Səfər çərçivəsində Azərbaycan və Pakistan rəhbərlərinin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Ölkə Prezidenti cənab İlham Əliyev bu səfərin nəticələri ilə bağlı mətbuata bəyanatla etdiyi çıxışında bir daha xüsusi olaraq vurğuladı ki, imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək. Həmçinin qeyd olunub ki, görüşlərin gedişində regional təhlükəsizlik məsələləri də ətraflı təhlil olunub. Bu gün bütün dünyada məhz güc amili getdikcə daha qabarıq formada ön plana çıxmaqdadır. Məhz bu səbəbdən də Azərbaycan və Pakistan rəhbərləri arasında aparılan müzakirələrdə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer alıb.
Öz bəyanatında cənab Prezident İlham Əliyev həmçinin bildirdi ki, Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə sahəsi, enerji sahəsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ölkələrimiz və xalqlarımız üçün mühüm olduğu qədər də regional sabitliyin təminatı baxımından böyük strateji əhəmiyyət kəsb edir. Buna görə də qərara alınıb ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərilsin. Əlbəttə ki, əməkdaşlığın xüsusilə enerji sahəsində böyük perspektivləri vardır. Həm də bu perspektivlər istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində kifayət qədər cəlbedicidir. Eyni zamanda da Azərbaycan və Pakistan şəhərləri arasında, xüsusilə də paytaxtlar arasında uçuşların sayının artırılması barədə əldə olunmuş razılıq xalqlarımızın daha da yaxınlaşmasına mühüm töhfə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20

