Xocalı qurbanlarının ruhu şaddır bu gün!
25.02.2025 [17:57]
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
Şübhəsiz ki, Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş ən dəhşətli hadisələrdən biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə Xocalı şəhərinə hücum edərək insanlıq tarixində misli görünməmiş soyqırımı törətdilər. Bu faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı cinayət idi. Həmin gecə şəhər sakinlərinə qarşı ən amansız vəhşiliklər həyata keçirildi, yüzlərlə günahsız insan - qadın, uşaq və yaşlılar xüsusi qəddarlıqla qətlə yetirildi.
Xocalı soyqırımının nəticələri inanılmaz dərəcədə dəhşətlidir. Bir neçə saat ərzində 613 nəfər amansızcasına öldürüldü, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 487 nəfər ağır yaralandı, 1275 nəfər isə girov götürüldü, 150 nəfər isə itkin düşdü. Girovların və itkin düşənlərin taleyi barədə hələ də dəqiq məlumat yoxdur. Soyqırım zamanı qətlə yetirilənlərin meyitləri təhqir edildi, onlara qarşı görünməmiş işgəncələr tətbiq olundu. İnsanların başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarınları süngü ilə deşildi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Xocalı faciəsinə siyasi və hüquqi qiymət verildi. 1994-cü ilin fevral ayının 24-də Azərbaycan Milli Məclisində Xocalı hadisələri müzakirə olunaraq, bu qətliam soyqırımı kimi tanındı. 1998-ci ilin mart ayının 26-da Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldı.
Bu gün Prezident İlham Əliyev Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Azərbaycanın güclü və müstəqil dövlət kimi inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna ən böyük təsəllidir. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası da bu faciənin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Kampaniya çərçivəsində müxtəlif beynəlxalq tədbirlər keçirilir, Xocalı soyqırımının hüquqi və tarixi aspektləri dünya ictimaiyyətinə çatdırılır.
Son illərdə dünyanın bir sıra ölkələri Xocalı soyqırımını rəsmən tanıyıb və pisləyib. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qəbul etdiyi qətnamələrdə Xocalı qətliamı insanlığa qarşı cinayət kimi qiymətləndirilib. Meksika, Pakistan, Kolumbiya, Çexiya Respublikası və ABŞ-ın bir sıra ştatları Xocalı faciəsini soyqırımı aktı kimi tanıyaraq, bu hadisənin qlobal səviyyədə tanınmasına öz töhfəsini veriblər.
Azərbaycan Ordusunun qəhrəman əsgərləri Xocalı şəhidlərinin qisasını döyüş meydanında alaraq, Xocalını azad etdilər. Bunun bariz nəticəsidir ki, bu gün Mötərəm Prezident İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə Xocalıda Soyqırımı Memorial Kompleksi inşa ediləcək və soyqırımı qurbanlarının xatirəsi daim uca tutulacaq. Biz fəxr və qürur hissi ilə Xocalı sakinlərinin doğma yurdlarına qayıdışı təmin edilməsinin, şəhərin bərpası istiqamətində ciddi addımlar atıldığının şahidi oluruq.
Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və bu dəhşətli soyqırımın dünya tərəfindən tanınması istiqamətində fəaliyyətini davam etdirəcək. Xocalı qurbanlarının xatirəsi daim anılacaq və gələcək nəsillərə bu tarixi faciə barədə həqiqətlər çatdırılacaq.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50

