YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib
19.02.2025 [16:44]
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatında Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirə başlamazdan öncə Xocalı faciəsindən bəhs edən kitab sərgisinə baxılıb.
Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədr müavini Solmaz Nağıyeva Xocalı faciəsinin baş verməsindən geniş bəhs edib. O qeyd edib ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz üç il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. Şanlı Vətən müharibəsində qisası alınan Xocalı bu gün özünün yeni dövrünü yaşayır. 2023-cü il oktyabrın 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, erməni faşizminin və separatizminin Azərbaycan torpaqlarında bundan sonra bir daha baş qaldıra bilməyəcəyinə dair bütün dünyaya göndərilən bir mesaj oldu. Artıq Xocalıda da möhtəşəm abadlıq-quruculuq işləri böyük vüsətlə həyata keçirilir. Azərbaycan xalqı öz torpaqlarına əbədi qayıdıb və bu reallığı artıq heç bir qüvvə dəyişə bilməz.
Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, 1 saylı Folklor evinin müdiri Vaqif Əhmədov, partiya fəalı Leyla Bayramova, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. 26 fevral 1992-ci ildə Erməni hərbi birləşmələri 7 min nəfər əhalisi olan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə divan tutub, soyqırım törətmişdir. Bu il xalqımız Xocalı soyqırımının 33-cü il dönümünü qeyd edir. Faciədən 33 illik bir müddət keçməsinə baxmayaraq Xocalı və digər yaşayış məntəqələrindən olan qurbanları heç vaxt unutmamalıyıq və unutmayacağıq. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Sonda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

