Xocalı qurbanlarının qanı yerdə qalmadı!
19.02.2025 [16:42]
Elşən Əzizov,
YAP Saatlı rayon təşkilatının sədri
Xocalı faciəsi XX əsrin sonunda Azərbaycan xalqına qarşı ermənilər tərəfindən həyata keçirilmiş ən qanlı soyqırım aktıdır. I Qarabağ müharibəsinin gedişində erməni cəlladları Azərbaycan xalqının mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalını daha asan və müqavimətə rast gəlmədən reallaşdırmaq üçün bu cür qanlı qırğınlar törədib. Bu baxımdan da erməni cəlladları və şovinistləri 90-cı illərin əvvəllərindən başlayaraq xalqımıza qarşı qanlı qətliamlar, terror və soyqırım aktlarını həyata keçirib. Ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri hesab edilir. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Xocalı soyqırımına baxmaq kifayət edir ki, cinayətkar erməni siyasətinin mahiyyətini dərk edəsən. Bu, onların əsl simasıdır. Belə çirkin əməlləri ilə tarixin yaddaşında qara səhifələr açıblar. Düşmənçilik, ərazi iddiaları, təcavüz, terror, soyqırımı onların xain xislətinin əlamətləridir. Tarixdən məlumdur ki, ermənilər bu ərazilərin sakinləri deyil, onlar əzəli Azərbaycan torpaqlarına sonradan və çirkin məqsədlərlə köçürülüblər. Bu, elə də uzaq tarix deyil, yaxın 200 ili əhatə edir. İlk gündən Azərbaycan torpaqları hesabına uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşayıblar.Həmin yalançı iddia, təcavüzkar siyasət minlərlə dinc sakinin ölümünə, yaşadıqları ərazidən qovulmasına səbəb olublar. Hər zaman tarixdə yaranmış boşluqları özləri üçün fürsət bilib qanlı cinayətlərə əl atıblar.
Erməni faşizminin bütün insanlıq üçün son dərəcə təhlükəli olan vəhşi xislətini nümayiş etdirən Xocalı qətliamı xüsusi qəddarlığı, vəhşiliyi və amansızlığı ilə seçilir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş bu qanlı cinayət Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən birinə çevrildi. İkinci bir tərəfdən də, xalqımıza qarşı törədilmiş bu soyqırımı təkcə erməni şovinizminin deyil, eyni zamanda indiyədək bütün bu vəhşilikləri törədənlərə havadarlıq edən bəzi Qərb dövlətlərinin, qlobal güc mərkəzlərinin də maskalarının yırtılmasına səbəb oldu. Məhz bu qüvvələrin gərgin səyləri nəticəsində uzun müddət Xocalı qətliamının əsl mahiyyəti, baş vermiş faciənin həqiqi miqyası və erməni vəhşiliklərinin nəticələri dünya ictimaiyyətinə pərdələnmiş şəkildə təqdim olundu. Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaq üçün uzun illər həm göz önündə olan düşmənlə, həm də möhtəşəm yalanlarla mübarizə aparmalı oldu. İlk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Həmin qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bu gün də Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən bu siyasətin bariz nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Pakistan, Sudan, Meksika, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada isə hər il Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı getdikcə artır.
Əlbəttə ki, Azərbaycan bütün bu tədbirlərlə kifayətlənə bilməzdi və kifayətlənmədi. Azərbaycanın milli dövlətçiliyin son illərdə özündə inkişaf, intibah və qələbə mərhələlərini əks etdirməklə ən şərəfli tariximiz olub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bütün ərazilərində suverenliyi bərpa edərək dünya çapında öz sözünü deyən çox nadir dövlətlərdən birinə çevrilib. Ölkə başçımızın rəhbərliyi altında xalqımızı gələcəkdə də daha böyük uğurlar və zirvələr gözləyir. Ulu Öndər Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, cənab Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir. İndi artıq əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş cənab Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirdiyi kimi, Xankəndi, Ağdərə, Xocavənd, Xocalının da simasını dəyişəcəyi gün yaxındadır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

