Azərbaycanın qlobal və regional arenada artan rolu
14.02.2025 [17:31]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Bu gün bütün sahələr üzrə əldə olunan uğurların əsasını ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş uğurlu xarici dövlət strategiyası təşkil edir.
Bu amillər Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsində də aydın şəkildə özünün əksini tapır.Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə dövlətimizin beynəlxalq arenada qazandığı uğurları və xarici siyasətinin strateji məqsədlərini diqqətə çatdıraraq Azərbaycanın regional və qlobal məsələlərin həllinə mühüm töhfələr verdiyini ifadə edib.
Ölkəmizin beynəlxalq əlaqələri son illərdə sürətlə genişlənmiş, xüsusilə Çin ilə qurulan yaxın əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm bir mərhələni təşkil edir. Bu münasibətlər Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən və siyasi baxımdan strateji əhəmiyyət daşıyan bir addım olub.
Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq üzrə imzalanan Bəyannamə iki ölkə arasında etimad və əməkdaşlığın göstəricisidir. Həmin sənəd Azərbaycanın dünya iqtisadiyyatında mühüm rol oynayan ölkələr, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-ə üzv dövlətlərlə əlaqələrini daha da gücləndirir. Bu istiqamətdə yeni perspektivlər Azərbaycanın qlobal və regional arenada artan rolunun bir təzahürüdür. Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində iştirak ölkəmizin iqtisadi sferalarda əldə etdiyi dividentlərin artırılmasına yönəlik mühüm təşəbbüslərdir. Azərbaycanın Çin və Mərkəzi Asiya ölkələri ilə yaxın əlaqələri, eyni zamanda, Xəzər və Cənubi Qafqaz regionundakı rolu ölkəmizin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində sabit mövqeyini nümayiş etdirir.
Müstəqil siyasət və məsuliyyətli tərəfdaşlıq bizə imkan verir ki, digər ölkələrlə qarşılıqlı münasibətlər qura bilək. Bu gün Azərbaycan Çinlə də strateji tərəfdaşlıq istiqamətində çox ciddi addımlar atıb. Bununla yanaşı Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalanıb. Cənab Prezidentin də qeyd etdiyi kimi şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə də əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Müsahibədə diqqətçəkən məqamlardan biri də odur ki, Prezident bütün ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərə böyük önəm verdiyini bildirib. Məsələn, Aİ-nin 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması da Azərbaycanın çoxvektorlu siyasətinin nəticəsidir. Dövlət başçısı vurğulayıb ki, şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır: “Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır”.
Bundan əlavə, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Yekun olaraq onu deyə bilərik ki, Prezident İlham Əliyev növbəti müsahibəsi ilə Azərbaycanın tək bölgədə deyil, qlobal miqyasdakı rolunu açıq şəkildə bəyan etdi.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22

