Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib ölkədir
14.02.2025 [17:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Cənab Prezident bu görüşdə ölkəmizin milli maraqları mövqeyindən çıxış edərək son illərdə əldə olunmuş nailiyyətlərdən və gələcək perspektivlərdən geniş söhbət açmışdır: "Bu dəfə də jurnalist Azərbaycanın hansı uğurlara imza atması barədə Prezidentə suallarını ünvanlamışdır. Ölkəmizin rəhbəri son illərin uğurlarını dilə gətirərkən ilk növbədə düşmən üzərində tarixi qələbəmizi qeyd etmiş və bildirmişdir ki, son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Azerbaycan Prezidenti bu qələbənin əldə olunmasına qədər Azərbaycanın keçdiyi tarixi yola ekskursiya etmiş və göstərmişdir ki, otuz il torpaqlarımız düşmən tapdağı altında olmuş, BMT Təhlükəsizlik Şurasının, beynəlxalq təşkilatların qətnamələrinin qərarlarının olmasına baxmayaraq düşmən Azərbaycan torpaqlarından əl çəkməmiş və öz təcavüzkarlıq əməlllərini uzun illər dəvam etdirmişdir.
Sözsüz, qələbənin ən mühüm nailiyyət adlandırılması və ərazi bütövlünün, suverenliyimizin tam təmin olunması bir reallıqdır, qürur hissi doğurur. Ölkəmizin rəhbəri digər sualları da ətraflı cavablandırmışdır. Ölkənin iqtisadi inkişafı haqqında müxbirlərin suallarına mükəmməl cavablar vermişdir. Azərbaycan iqtisadi cəhətdən inkişaf edən bir ölkədir. Bu gün bu inkişafı daha da genişləndirmək üçün dünya ölkələri ilə əlaqələrin qurulması, genişləndirilməsi böyük önəm daşıyır. Azərbaycanın Cənubi Qafqazda etibarlı mövqe tutmasını Prezident müxbirin nəzərinə çatdırmışdır. Azərbaycan öz milli maraqlarını müdafiə edən və dünya ölkələri ilə yaxşı əlaqələr quran bir ölkə kimi bu gün numunə göstərilir. Bu, bir reallıqdır.
Cənab Prezident fəaliyyət göstərdiyi bütün illərdə dünya ölkələri ilə əməkdaşlıq qurur, sülhün, əmin-amanlığın, demokratiyanın genişləndirilməsinə böyük dəstək verir və bu yolda səylərini əsirgəmir. Azərbaycan cəmiyyətində sabitliyin, birliyin olması, öz maraqlarımızın müdafiə edilməsi, əlbəttə ki, fəaliyyətlərimizin əsasıdır. Bu əsası da ölkəmizin rəhbəri öz siyasəti, iradəsi, gücü ilə qoymuşdur".
"Azərbaycan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsini mühüm bir hadisə adlandırmış və qeyd etmişdir ki, 200 ölkəni bir araya gətirən iqlim konfransının yüksək səviyyədə keçirilməsi Azərbaycanın iqtisadi qüdrətindən, xalqın vətənpərvərliyindən, həm də ölkədə təşkilatçılıq işlərinin yüksək səviyyədə təşkilindən irəli gəlir. Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə ticarət əlaqələri qurur və bu əlaqələrin genişləndirilməsi diqqət mərkəzindədir. Biz uzun illərdir ki, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq fikrindəyik. Ancaq bu təşkilatın üzvü deyilik. Danışıqların aktiv mərhələsindəyik. Digər təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşıq. Bu iki böyük təşkilatla əlaqələrin qurulmasını ölkəmizin rəhbəri müsbət hal kimi dəyərləndirir. Bildirib ki, bu təşkilatlara üzv olmasaq da, bu təşkilatların üzvləri ilə sıx əməkdaşlıq edirik.
Cənab Prezident bu çıxışı ilə dünyaya yeni mesajlar vermişdir. Bu mesajlar ilk növbədə Azərbaycanın milli maraqlarının qorunması və Azərbaycana mane olan qüvvələrin öz əməllərindən əl çəkməsidir. Ölkəmizin rəhbəri dəfələrlə bildirib ki, bizim heç bir ölkənin torpaqlarında gözümüz yoxdur. Biz sağlam qonşuluq münasibətləri zəminində yaşamaq, işləmək, fəaliyyət göstərmək əzmindəyik. Bu istiqamətdə də öz işlərimizi həyata keçiririk. Bu televiziya müsahibəsində də ölkəmizin rəhbəri dünyada baş verən hadisələrə öz obyektiv münasibətini ortaya qoydu. Əlbəttə ki, bu mövqe dünyada sülhün, əmin-amanlığın təmin olunması, münaqişələrin aradan qaldırılması, insanlığa, beynəlxalq normalara hörmət edilməsidir. Verilən müsahibə və səsləndirilən fikirlər bilavasitə Azərbaycan xalqının mövqeyidir. Bir suveren dövlət kimi biz öz hüquqlarımızı qorumalı və hüquqlarımıza qarşı çıxan hər kəsə qarşı amansız mövqedə olmalıyıq. Çünki Azərbaycan 30 il öz hüquqlarından məhrum olmuş bir milyon xalqın Vətənidir. İnsanlarımızın öz hüquqlarını qoruması, onların haqqıdır. Ölkə Prezidenti də bu mövqedən çıxış edir".
Xəbər lenti
Hamısına baxAnalitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19

