Azərbaycan Avrasiyanın mühüm nəqliyyat mərkəzidir
04.02.2025 [15:11]
Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri
Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Artıq ölkəmiz bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlar bütün istiqamətlərində öz əksini tapır. Onlardan biri də regionun nəqliyyat dəhlizi ilə bağlıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yanvarın 27-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bir çox mühüm məsələlərə toxunuldu. Onların sırasında regionun lider ölkəsi kimi Azərbaycanın qlobal nəqliyyat dəhlizlərində üstün mövqeyi, yeni yaratdığı realıqlar şəraitində genişlənən nəqliyyat coğrafiyasının əhəmiyyəti xüsusilə diqqəti cəlb edir. Prezidentin bəyan etdiyi kimi, Azərbaycan regionun tranzit-nəqliyyat koridorlarının açar ölkələrindən biri kimi mühüm statusa malikdir və bütün beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizdən keçir. Bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edən ölkəmiz davamlı səyləri sayəsində bölgənin nəqliyyat arxitekturasını daha da möhkəmləndirib, yeni coğrafi koordinatlar əlavə edib. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir və geniş bir trans-kommunikasiya qovşaqları yaranır.
Hazırda qlobal hablardan biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fasiləsiz axıcılığı da məhz Azərbaycanın və yaxın tərəfdaşlarının iradəsi ilə genişlənir. Bu dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır. Bu layihənin yaradıcılarından və əsas təşəbbüskarlarından biri Azərbaycandır. Rəsmi Bakı Çin və Aİ ilə bu layihənin imkanlarını bir neçə ilə əvvəl geniş müzakirə edib və beynəlxalq nəqliyyat arteriyalarının əsas qovşaqlarından birinə çevirməyi təklif edib. Xüsusilə də son illər regionda yaranmış yeni geosiyasi düzənin fonunda meydana çıxmış nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi reallıqlara əsaslanaraq ölkəmiz regiondakı marşrutların çoxşaxəliliyinin təmin edilməsində aktiv rol oynamağa başlayıb. Azərbaycan Xəzər regionunu beynəlxalq haba çevirmək üçün Orta Dəhliz xəttinin imkanlarını və gerçəkliyini qlobal səviyyədə bəyan edib və bu təşəbbüslər dünya birliyi tərəfindən birmənalı olaraq dəstəklənib.
Hazırda Orta Dəhliz vasitəsilə daşımaların həcminin artması bu tranzit xəttinin coğrafiyasını əhatə edən ölkələrin, xüsusilə də türk dövlətlərinin vahid nəqliyyat ailəsində birləşməsini də zəruri edir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi Trans-Xəzərin əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsinə dair niyyətlər ifadə olunub.
Azərbaycanın fəal iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizinin potensial imkanları da güclənir. Respublikamız Şərq-Qərb dəhlizi ilə yanaşı, bu marşrut xəttinə də xüsusi əhəmiyyət verir və bunu şərtləndirən əsas amil ölkəmizin ən sərfəli coğrafi kəsişmə nöqtəsində yerləşməsidir. Azərbaycan nəqliyyat kommunikasiyaların şaxələndirilməsinə önəm verərək Yeni İpək Yolunun Orta Dəhlizində və Şimal-Cənub xəttində orta mövqe tutmaqla bütün beynəlxalq nəqliyyat marşrutlarda iştirak edir. Azərbaycan öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməklə bu dəhlizin də strateji əhəmiyyətini artırır. İranla dəmir yollarının birləşdirilməsi və Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolunun inşası Şimal-Cənub xəttinin potensial ötürücülük qabiliyyətini yüksəldib və hazırda Asiya və Yaxın-Orta Şərq bölgəsi də öz qovşaqlarını bu dəhlizə inteqrasiya etməkdədir.
Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bölgənin nəqliyyat landşaftını möhkəmləndirərək digər kommunkasiyaların da bu nəqliyyat qovşqalarına bağlantısını təmin etmək istiqamətində qətiyyətlə çalışır. Bu baxımdan Orta Dəhlzin növbəti dayanacağının Zəngəzur xətti olacağına da şübhə yoxdur. Ermənistan regionun nəqliyyat ritmini pozmaq üçün müxtəlif cəfəng layihələri ortaya atır, “Sülh kəsişməsi” adlı reallıqdan uzaq layihə ilə vaxtı uzadır. İrəvan anlamır ki, Azərbaycansız iki qəpiklik qiyməti olmayan hansısa bir layihənin həyata keçməsi mümkün deyil. Azərbaycanın coğrafi manevrləri kifayət qədər çoxdur, öz ayrılmaz hissəsi olan Naxçıvan və Türkiyə ilə alternativ nəqliyyat bağlantılarını təmin edir və digər əlavə kommunikasiya çıxışlarına malikdir. Ancaq Ermənistan tamamilə bütün enerji-nəqliyyat-kommunikasiya qovşaqlarından kənarda olduğundan beynəlxalq dəhlizlərə çıxış qapıları da bağlı qalır.
Beləliklə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir, Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Şübhəsiz, həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri Azərbaycanı qonşu dövlətlərlə və beynəlxalq tərəfdaşlarla sıx birləşdirməklə geniş əməkdaşlıq formatları sayəsində ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

