Azərbaycanın hərbi potensialı daim güclənir
24.05.2013 [14:48]
YAP Qadınlar Şurasının üzvləri 28 May Respublika Günü münasibətilə Bakı şəhərində yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində əsgərlərlə görüşüblər
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının üzvləri 28 May Respublika Günü münasibətilə Bakı şəhərində yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində əsgərlərlə görüşüblər. İlk olaraq, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 21 illik fəaliyyəti haqqında videoçarxın nümayiş olunub. Təşkilat üzvləri hərbi hissənin qərargahı, yataqxana, yeməkxana, istirahət guşəsi ilə tanış olublar. Qonaqlara hərbi hissənin komandiri, general-mayor Fəxrəddin Səmədov buranın texniki imkanları, əsgər və zabitlər üçün yaradılan şərait haqqında məlumat verib. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva hərbi hissəsinin “Qonaq kitabı”na ürək sözlərini yazıb. Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova isə Daxili Qoşunların Muzeyi haqqında qonaqlara ətraflı məlumat verib. Muzeydə Daxili Qoşunların hərbçilərinin döyüş yolu, torpaqlarımız uğrunda canlarından keçmi şəhidlər haqqında məlumatlar öz əksini tapıb. Daha sonra YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edib. N.Əliyeva güclü maddi-texniki bazaya malik silahlı qüvvələrimizin əsgərləri ilə bir arada olduğundan qürur duyduğunu söyləyib.
N.Əliyeva bildirib ki, Prezident İlham Əliyev ölkəmizin bütün sahələr üzrə inkişafına xüsusi diqqət göstərir. Bu baxımdan, silahlı qüvvələrimizin, o cümlədən, daxili qoşunların potensialının daha da gücləndirilməsi yönündə əhəmiyyətli işlər görülür. “Gördüklərimiz bizi çox sevindirdi. Daxili qoşunlarımızın güclü maddi-texniki bazasının olduğunu, əsgərlərimizdə yüksək vətənpərvərlik ruhunu görmək çox qürurvericidir. Azərbaycanın nəinki güclü ordusu, həm də hərbi sənayesi var. Hərbçilərimiz indi ayrı-ayrı ölkələrin istehsalı olan silahlardan deyil, həm də Azərbaycan istehsalı olan silahlardan istifadə edir və üzərlərinə düşən vəzifəni yerinə yetirirlər” - deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb. N.Əliyeva əsgərlərə, onların hərbi bacarıqlarına, hərbi qüvvələrimizə böyük ümidlə baxdığını, qələbənin yaxın olduğuna əminliyini ifadə edib. N.Əliyeva əsgərlərlə görüşlərdən aldığı təəssüratı da bölüşüb: “Hərbimizin gücünə, dövlətinin gələcəyinə olan ümidlərin bünövrəsi Ümummilli liderimiz Heydər Əliyev sayəsində möhkəmlənib. Dahi şəxsiyyətin istər dövlətçiliyimizin, istər iqtisadiyyatımızın güclənməsi istiqamətində başladığı işlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məhz bu işlərin nəticəsidir ki, ölkəmiz durmadan inkişaf edir”.
“Biz analar sizlərin vətənə xidmətinizdən sonra alnıaçıq, sağ-salamat qayıtmağınızı intizarla gözləyirik. Qadınlarımız adından cəsarətlə deyə bilərəm ki, hər bir ana övladının hərbi xidmətə getməsindən qürur hissi keçirir. Bu gün Daxili Qoşunların yaranmasından 21 il keçir. Geriyə dönüb baxanda bu illər ərzində ölkəmizdə nə qədər inkişaf olduğunu görmək elə də çətin deyil. Dövlətçiliyimizin möhkəmləndirilməsində, xalqımızın rahat yaşamasında Daxili Qoşunların əvəzsiz xidməti var” - deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.
Sonda bayram tədbiri tanınmış incəsənət ustaları tərəfindən konsert proqramı ilə davam etdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39

