/ / Ulu Öndərin qurduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır
Ulu Öndərin qurduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır
03.02.2025 [16:54]
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Yanvarın 29-da ölkədə keçirilən sonuncu bələdiyyə seçkilərində çoxsaylı namizədlərlə iştirak edərək, qalib gələn Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Respublikasının ağır, çətin günlərində ciddi sınaqlara məruz qaldığı dövrdə ziyalılarımızın təşəbbüsü ilə yaradılan siyasi qurumdur. YAP-ın təsis olunması ötən əsrin sonlarında ciddi təlatümlərlə müşahidə edilən müstəqilliyin əldə edilməsi dövrünə təsadüf edirdi.
Məlum olduğu kimi, respublikada siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatının gedişində nəzərə çarpırdı. Sovet rejiminin süqutundan sonra müstəqillik əldə etmiş respublikalarda olduğu kimi, Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Lakin bu partiyalar ölkəni ağır sosial, iqtisadi, siyasi böhrandan xilas edə bilmədi, əksinə hakimiyyətdə olan və iqtidar uğrunda mübarizə aparan siyasi qüvvələr Azərbaycanda vəziyyəti olduqca gərginləşdirmişdi. Bu zaman ölkəni taleyini düşünən və onu gözlənilən uçurumdan qorumaq istəyən insanlar yeni siyasi partiya yaratmağı vəziyyətdən çıxış üçün mühüm yol hesab etdilər və bu məqsədlə Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşdilər. 91 nəfərin imzası ilə Azərbaycan ziyalıları Naxçıvanda respublika Ali Məclisinin Sədri kimi fəaliyyət göstərən Ulu Öndərə yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahişi ilə müraciət etdilər. Həmin təşəbbüsü Ümummilli Liderin qəbul etməsi, eyni zamanda xalqın arzu və istəyinin müsbət cavablandırılması idi. Qısa müddətdə partiyanın təsis konfransının keçirilməsi də bunu sübut etdi. Belə ki, məlum səbəblərdən Bakıda keçirilməsi mümkün olmayan təsis konfransını Naxçıvanda keçirmək üçün təşəbbüs qrupunun ölkənin hər guşəsindən olan 550 nəfər üzvünün muxtar respublikaya getməsi və partiyanın orada yaradılması xalqın qətiyyətli iradəsinin nəticəsi idi.
Yuxarıda vurğulandığı kimi, Azərbaycanın bütün regionlarından nümayəndələrin iştrakı ilə 21 noyabr 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul olundu. Ulu Öndərin yekdilliklə partiyanın Sədri seçildiyi konfransada partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri də müəyyənləşdi. Beləliklə, müstəqil Azərbaycanın ictimai-siyasi tarixində mühüm hadisə kimi qiymətləndirilən Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alındı və respublikamızın bütün bölgələrində qısa müddətdə rayon təşkilatları və özəkləri yaradıldı.
Partiyanın Proqramına əsasən, YAP-ın əsas vəzifələri dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran əsas vəzifələr olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasını şərtləndirdi.
3 oktyabr 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin ümumxalq səsverməsi yolu ilə yekdilliklə prezident seçilməsi ölkəmizdə yeni dövrün əsasını qoydu. 1999-cu ilin dekabrında keçirilən YAP-ın I Qurultayı ümumilikdə Azərbaycan cəmiyyətinin həyatında mühüm rol oynadı. Qurultayda YAP-ın təsis konfransında qəbul olunmuş Proqram və Nizamnamə geniş şəkildə müzakirə edildi, müəyyən əlavə və dəyişikliklər həyata keçirildi. YAP-ın strateji fəaliyyət istiqamətləri, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, beynəlxalq münasibətlər sistemində respublikamızın layiqli yer tutması, ölkəmizdə dövlət quruculuğu yönündə başlıca məqsəd və vəzifələr müəyyənləşdirildi.
Bu gün YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən siyasi partiyadır.
Şərəfli inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyası Ümummilli Lider layilqi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdir və müasirləşir, onun fəaliyyəti təkmilləşdirilir, beynəlxalq əlaqələri genişləndirilir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasında aparılan geniş islahatlar ölkəmizdə partiya quruculuğu sahəsində əldə edilmiş mühüm uğurlara nümunədir. Üstəlik, partiya Azərbaycan ictimai-siyasi mühitinin mütəşəkkil, aparıcı qüvvəsi kimi çıxış edir, daim yeniləşən, inkişaf edən siyasi partiya olaraq nüfuzunu getdikcə daha da artırır.
Müstəqil Azərbaycan Respublikasında bütün sahələr üzrə qazanılmış nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu və xidmətləri danılmazdır. Xüsusi olaraq qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın partiya sədrinin birinci müavini kimi səmərəli fəaliyyəti respublikamızda bütün sahələr üzrə inkişafa, o cümlədən partiyanın siyasi fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfələr verir. Ən nəhayət, Ulu Öndərin qurduğu Yeni Azərbaycan Partiyası Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

